Qadın ərini namaz qılarkən öldürüb? Masazırda baş verən qətlin detalları KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib.
Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarında evdə arvadı ilə mübahisə edib. Mübahisə sakitləşəndən sonra, o, otağa keçərək namaz qılmağa başlayıb. Bu vaxt həyat yoldaşının onu kürəyindən bıçaq zərbəsi endirərək qətlə yetirdiyi iddia olunur.
Məlumata görə, ailə 10 ildir ki, həmin evdə yaşayır və onların birgə nikahdan iki övladları da var. Ər-arvad hər ikisi uzun müddət imiş ki, ibadət edirmişlər.
Hadisədən ilk olaraq ərazidə ev alqı-satqısı ilə məşğul olan maklerlər xəbər tutublar və polisə məlumat veriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















