Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevirir ŞƏRH

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevirir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

İqlim dəyişiklikləri artıq planetimizin uzaq gələcəyinə aid olan təhlükə deyil, bu gün hər bir insanın, cəmiyyətin və dövlətin gündəlik reallığında, iqtisadiyyatında, təbii mühitində birbaşa hiss etdiyi ən böyük qlobal çağırışdır. İnsan fəaliyyətinin sənayeləşmə dövründən bu yana təbiətə vurduğu zərər, atmosferə buraxılan istixana qazlarının həcminin kritik hədləri aşması Yer kürəsinin ekoloji tərəzisini tamamilə pozub və bizi kütləvi iqlim böhranı ilə üz-üzə qoyub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova deyib.

O qeyd edib ki, Azərbaycan bu qlobal çağırışlara və irimiqyaslı iqtisadi dəyişikliklərə izləyici qalmaqla kifayətlənməyib, əksinə, beynəlxalq birliyin məsuliyyətli və aktiv üzvü kimi qlobal təşəbbüslərin mərkəzində yer almağı seçib. “Ölkəmiz Paris Razılaşması çərçivəsində öz üzərinə çox ciddi öhdəliklər götürərək, istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı hədəfləyib və bu strateji hədəflərə çatmaq üçün daxili idarəetmədə, qanunvericilikdə və iqtisadi strukturda köklü islahatlara start verilib. Dövlətimizin başçısı tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq strateji hədəf kimi qarşıya qoyulub və bu vizyon ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas hərəkətverici qüvvəsinə çevrilib”, - deyə İctimai Birlik sədri vurğulayıb.

O bildirib ki, uzun onilliklər boyu dünyaya ənənəvi karbohidrogen resursları ixrac edən bir ölkə kimi tanınan Azərbaycanın bu gün öz enerji siyasətində kəskin və uğurlu bir dönüş edərək yaşıl enerji keçidinin regional liderinə çevrilməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkə xarici investisiyaları yaşıl enerji sektoruna cəlb etmək baxımından regionda misilsiz bir model formalaşdırıb. Dünyanın bu sahədə ən qabaqcıl və nəhəng şirkətləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power" və Böyük Britaniyanın "bp" şirkəti Azərbaycana yüz milyonlarla dollar həcmində birbaşa xarici investisiya yatıraraq irimiqyaslı alternativ enerji layihələrini reallaşdırırlar. Qaradağ Günəş Elektrik Stansiyasının uğurla istismara verilməsi və ölkənin ümumi enerji sisteminə inteqrasiya olunması bu sahədə atılan ilkin, lakin olduqca nəhəng və simvolik addımlardan biridir.

“Ölkəmizin yaşıl enerji strategiyasının parlaq, qürurverici və tarixi səhifələrindən biri isə şübhəsiz ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının rəsmi olaraq Yaşıl Enerji Zonası elan edilməsidir. Otuz ilə yaxın müddətdə viran qoyulmuş, ekoloji terrora məruz qalmış bu müqəddəs torpaqlarda həyatın yenidən sıfırdan, həm də tamamilə ekoloji prinsiplər, təmiz texnologiyalar və yaşıl artım modelləri əsasında qurulması bütün dünya üçün unikal bir təcrübədir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində yerli dağ çaylarının böyük potensialından istifadə edilərək 360 meqavatdan çox gücə malik hidroelektrik stansiyaları bərpa edilib və yeniləri inşa olunub. Bu göstəricinin yaxın illərdə 600 meqavatı keçməsi planlaşdırılır ki, bu da regionun tamamilə özünü təmin edən və karbon emissiyası sıfıra bərabər olan bir zonaya çevrilməsinə xidmət edir. Eyni zamanda, bu ərazilərdə tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, binaların və sosial obyektlərin dam örtüklərində quraşdırılan Günəş panelləri, habelə ekoloji təmiz nəqliyyat infrastrukturunun qurulması Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən qabaqcıl və modern dayanıqlı inkişaf zonalarından birinə çevirir. Yəni Azərbaycanın yaşıl enerji strategiyası və iqlim dəyişikliyinə qarşı apardığı sistemli mübarizə, sadəcə, bu günün iqtisadi mənfəətlərini qorumağa yönəlməyib. Bu strategiya milli iqtisadi təhlükəsizliyimizi uzunmüddətli dövrdə sığortalamaqla yanaşı, gələcək nəsillərə daha təmiz, daha sağlam, yaşıl və təhlükəsiz bir dünya miras qoymaq baxımından ümumbəşəri və tarixi bir missiyanı uğurla yerinə yetirir”, - deyə Gülşən Axundova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see227

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see197

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see197

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see190

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see182

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see182

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see180

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see178

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see178

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see177

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see175

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see172

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see172

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see169

Zelenski Trampla görüşəcək

14 İyun 2026 22:48see163

Oman sahillərində Hindistan gəmisi batıb

14 İyun 2026 19:22see163

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 20:03see160

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see158

10 saniyədə ən dadlı qarpızı tapmağın üsulu

14 İyun 2026 22:17see157

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri