Qəbələdə şəhid ailə üzvləri və qazilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Qəbələ, 5 noyabr, AZƏRTAC
Qəbələdə Zəfər Günü ilə əlaqədar təşkil edilən ağacəkmə aksiyasında 120 ədəd müxtəlif növ ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil edilən ağacəkmə aksiyası əvvəlkilərdən xeyli fərqlənib. Belə ki, aksiyada rayon icra hakimiyyətinin, idarə-təşkilat və müəssisələrinin əməkdaşları ilə yanaşı şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Xüsusi ayrılmış ərazilərdə 120 ədəd müxtəlif növ ağaclar əkilib, onlara su verilib, aqrotexniki qulluq göstərilib, ətrafı mühafizəyə alınıb.
Bu mövzuda digər xəbərlər:Şəkidə şəhid və qazilərin ailə üzvləri üçün kardioloji tibbi müayinələr keçirilib
25 Sentyabr 2025 17:32
Şəhid və qazilərin ailə üzvləri üçün peşə təlimləri davam etdirilir Fotolar
13 İyun 2025 11:49
Millimizin üzvləri Qəbələdə azarkeşlərlə görüşəcək
11 Noyabr 2024 15:50
ETSNdə şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
07 Noyabr 2024 20:53
Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
28 İyul 2025 12:24
Baxış sayı:166
Bu xəbər 05 Noyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















