Qəhrəmanlıq salnaməmiz və tarixi qələbənin qüruru AzMİU da Zəfər Günü böyük coşqu ilə qeyd olunub
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, universitet rəhbərliyi, Vətən müharibəsi iştirakçıları – polkovnik Bəhruz Hüseynov, polkovnik-leytenant Nahid Nəcəfov, polkovnik-leytenant Bəhruz Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında söylədiyi nitqdən bir hissə nümayiş etdirilib.
AzMİU rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova açılış nitqi ilə çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın birliyi və milli həmrəyliyinin tarixi qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Professor Gülçöhrə Məmmədova Zəfərin gənc nəsildə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Vətən müharibəsi iştirakçısı, polkovnik Bəhruz Hüseynov çıxışında müharibə dövründə Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, döyüş yoldaşlarının qəhrəmanlığından, Zəfərə aparan çətin, lakin qürurlu yoldan danışıb, tarixi Qələbənin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını bildirərək gəncləri vətənə bağlı, milli dəyərlərə sadiq və məsuliyyətli vətəndaşlar kimi yetişməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Noyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















