Icma.az
close
up
RU
“Qiyamət buzlağı“ okeana çökə bilər: bəzi ölkələrin yox olmaq təhlükəsi var “Daily Express“

“Qiyamət buzlağı“ okeana çökə bilər: bəzi ölkələrin yox olmaq təhlükəsi var “Daily Express“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Antarktidada yerləşən nəhəng buz kütləsinin dağılması qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər...

Antarktidada yerləşən və ölçüsünə görə təxminən Böyük Britaniya ilə müqayisə olunan nəhəng "Tuveyts" buzlağı alimləri ciddi narahat edir.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.

Alimlər xəbərdarlıq edir 

Nəşr yazır ki, bu proses bəzi ölkələr üçün ekzistensial təhlükəyə çevrilə bilər. "Qiyamət buzlağı" kimi tanınan bu buzlaq yaxın illərdə dağılma mərhələsinə daxil ola bilər və nəticədə dünya okeanının səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.

Mütəxəssislərin hesablamalarına görə, yalnız bu buzlağın tam əriməsi dəniz səviyyəsini təxminən 60 santimetr qaldıra bilər. Daha təhlükəli ssenaridə isə onun dağılması ətrafdakı digər buz kütlələrinin sürətli əriməsini işə sala bilər ki, bu halda okean səviyyəsinin 3 metrdən çox yüksəlməsi ehtimalı yaranır.

Alimlər niyə həyəcan təbili çalır?

Qərbi Antarktidada yerləşən "Tuveyts" buzlağı planetdəki ən vacib buz sistemlərindən biri hesab olunur. Antarktidada Yer kürəsindəki bütün buz ehtiyatlarının təxminən 90 faizi cəmləşib və burada baş verən dəyişikliklər qlobal iqlimə birbaşa təsir göstərir.

Britaniya Antarktika Xidmətinin dəniz geofiziki Robert Larter bildirib ki, buzlağın ön hissəsində yerləşən nəhəng buz sipərinin bu il dağılması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, buz kütləsinin daxili strukturu getdikcə zəifləyir və proses artıq geri dönməz mərhələyə yaxınlaşır.

Alim vurğulayır ki, dəniz səviyyəsinin cəmi 1-2 metr yüksəlməsi belə sahilyanı bölgələrdə yüz ildə bir dəfə baş verən daşqınların hər on ildən bir, bəzi yerlərdə isə hər il təkrarlanmasına səbəb ola bilər.

Ən böyük risk altında olan ölkələr

Araşdırmada ən çox təhlükə ilə üzləşə biləcək ölkələr sırasında Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Maldiv adaları və Tuvalu göstərilir. Böyük Britaniyada sahilyanı ərazilərin əhəmiyyətli hissəsinin su altında qalacağı, xüsusilə Temza çayı hövzəsində daşqın riskinin artacağı bildirilir. 

Niderland üçün isə təhlükə daha böyükdür, çünki ölkə ərazisinin təxminən dörddə biri artıq dəniz səviyyəsindən aşağıda yerləşir. ABŞ-da ən həssas bölgələrdən biri kimi Luiziana ştatındakı Nyu-Orlean göstərilir. Alimlər hesab edir ki, şəhər uzunmüddətli perspektivdə yaşamaq üçün yararsız hala gələ bilər. Florida ştatındakı Mayami də yüksələn dəniz səviyyəsinin əsas hədəflərindən sayılır.

Bəzi ölkələr xəritədən silinə bilər

Ən ağır nəticələr isə kiçik ada dövlətlərini gözləyir. Dünyanın ən alçaq ölkələrindən biri olan Maldiv adalarında orta hündürlük cəmi 1,5 metrdir. Mövcud proqnozlara görə, əsrin sonuna qədər ölkə ərazisinin 90 faizindən çoxu su altında qala bilər.

Tuvaluda vəziyyət daha da dramatik görünür. Alimlər hesab edirlər ki, 2050-ci illərdə paytaxt Funafutinin yarısı müntəzəm daşqınlarla üzləşəcək, əsrin sonuna yaxın isə ölkə ərazisinin böyük hissəsi yaşayış üçün yararsız vəziyyətə düşəcək.

Məhz buna görə Tuvalu hökuməti bir neçə il əvvəl qeyri-adi təşəbbüslə çıxış edərək ölkənin "rəqəmsal versiyasını" yaratmaq planını açıqlamışdı. Məqsəd odur ki, hətta ərazi tamamilə su altında qalsa belə, dövlət hüquqi və siyasi baxımdan fəaliyyətini davam etdirə bilsin.

Alimlər vurğulayır ki, "Tuveyts" buzlağının taleyi təkcə Antarktidanın deyil, dünyanın milyonlarla insanının gələcəyi ilə bağlı məsələyə çevrilib. Onun sürətli dağılması qlobal miqyasda sahilyanı şəhərlərin, iqtisadi mərkəzlərin və bütöv ölkələrin taleyini dəyişə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see277

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see209

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see191

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see190

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see187

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see173

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see170

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see167

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see166

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see166

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see164

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see160

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see159

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see157

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see156

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see153

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see151

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see148

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri