Icma.az
close
up
RU
Qolunuz qəfil keyiyirsə, bunu gözardı etməyin Təhlükəli əlamətlər

Qolunuz qəfil keyiyirsə, bunu gözardı etməyin Təhlükəli əlamətlər

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Sol qolun keyiməsi, qarıncalanması, batma hissi və ya hissiyatın azalması müxtəlif səbəblərdən yarana bilər. Bəzən bu hal uzun müddət eyni vəziyyətdə qalmaq və ya qolun üzərində yatmaqla bağlı olur. Lakin boyun problemləri, sinir sıxılması və qan dövranı pozğunluğu da bu əlamətə səbəb ola bilər.

"Yeni Sabah" xəbər verir ki, sol qolun keyiməsinin səbəbləri arasında uzun müddət eyni vəziyyətdə qalmaq, boyun yırtığı və sinir sıxılması, karpal tunel və dirsək sinirinin sıxılması, boyun və çiyin nahiyəsində əzələ-skelet problemləri, qan dövranı pozğunluqları, diabet və B12 vitamini çatışmazlığı yer alır.

Keyimənin səbəbini müəyyənləşdirmək üçün onun nə vaxt başladığı, nə qədər davam etdiyi və hansı nahiyələrə yayıldığı qiymətləndirilir. Həmçinin simptomların boyun və ya qol hərəkətləri ilə dəyişib-dəyişmədiyi nəzərə alınır. Zərurət olduqda MRT, EMQ, damar müayinələri və ürək-damar sisteminə aid digər müayinələr aparıla bilər. Lakin bəzi hallarda sol qolun qəfil keyiməsi təcili tibbi qiymətləndirmə tələb edə bilər. Xüsusilə sinədə ağrı, təzyiq və ya sıxılma, nəfəs darlığı, soyuq tər və ürəkbulanma kimi əlamətlər də müşahidə olunarsa, təcili tibbi yardım çağırılmalıdır. Sezar pizza

Bundan başqa, qəfil başlayan birtərəfli gücsüzlük və ya keyimə, üzün bir tərəfində əyrilik, danışıq pozğunluğu, qəfil görmə dəyişiklikləri və tarazlığın itirilməsi də ciddi əlamətlər hesab olunur. Hər sol qol keyiməsi infarkt və ya insult anlamına gəlmir. Ancaq qəfil başlayan və digər təhlükəli əlamətlərlə müşayiət olunan keyiməyə laqeyd yanaşmaq olmaz.

Sol qolun keyiməsinin səbəbi və müalicəsi simptomların xüsusiyyətləri, müayinə nəticələri və şəxsin ümumi sağlamlıq vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyən edilməlidir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri