Qurban Qurbanov: Ayaks Qarabağ la oyuna ciddi hazırlaşıb
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
"Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Baxış sayı:92
Bu xəbər 09 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















