Icma.az
close
up
RU
Referans Medical Group haqqında həqiqətə uyğun olmayan məlumat təkzib olundu

Referans Medical Group haqqında həqiqətə uyğun olmayan məlumat təkzib olundu

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl sosial şəbəkələrdə bloger Nərmin Abbasova tərəfindən Referans Medical Group və onun tərkibində fəaliyyət göstərən Referans Endokrin və Cərrahiyyə Mərkəzinin cərrah mama-ginekoloqu Fəxrəndə Rəsulova haqqında həqiqəti əks etdirməyən iddialar səsləndirilmişdi. Sözügedən paylaşımlar əsasında bəzi xəbər saytlarında da məsələ ilə bağlı məlumatlar yayımlanmışdı. Məsələ hüquqi müstəviyə çıxarılaraq məhkəmə qaydasında araşdırılıb.

Modern.az xəbər verir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə tərəflər arasında barışıq əldə olunub. Məhkəmə qərarına əsasən, bloger Nərmin Abbasova paylaşdığı məlumatların həqiqəti əks etdirmədiyini qəbul edərək həmin paylaşımları silib. O, eyni zamanda sosial şəbəkə hesabında Referans Medical Group və Referans Endokrin və Cərrahiyyə Mərkəzinin cərrah mama-ginekoloqu Fəxrəndə Rəsulovadan ictimai şəkildə üzr istəyib və təkzib paylaşımı edib.

Məhkəmə prosesində Referans Medical Group və Fəxrəndə Rəsulovanın hüquqları Health Advocate hüquq şirkətinin vəkili  tərəfindən müdafiə olunub.

Onu da qeyd edək ki, "Health Advocate" həkimlərin və tibb müəssisələrinin hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış hüquq şirkətidir. Şirkət praktik tibbi fəaliyyət zamanı yarana biləcək hüquqi risklərin qarşısının alınması, peşəkar hüquqi məsləhət, məhkəmə təmsilçiliyi və hüquqi müdafiə xidmətləri göstərir. "Health Advocate" hüquq şirkətinin peşəkar vəkilləri həkimlərin və tibb müəssisələrinin hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı məhkəmə işlərində uğurlu nəticələr əldə ediblər. Toplanmış hüquqi təcrübə və peşəkar yanaşma sayəsində şirkət həkimlərə və tibb müəssisələrinə etibarlı hüquqi dəstək göstərməyə davam edir.

Referans Medical Group fəaliyyətini hər zaman peşəkarlıq, tibbi etika, şəffaflıq və pasiyent məmnuniyyəti prinsipləri əsasında qurur. Həkimlərinin peşəkar nüfuzunun, pasiyentlərinin etimadının və uzun illər ərzində formalaşmış korporativ reputasiyasının qorunması Referans Medical Group üçün əsas prioritetlərdəndir. Bu səbəbdən həqiqətə uyğun olmayan məlumatların yayılması ilə bağlı bütün məsələlər bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi müstəvidə qiymətləndiriləcək.

Təəssüf ki, hadisə ilə bağlı bəzi xəbər saytlarında məlumatlar Referans Medical Group-un rəsmi mövqeyi öyrənilmədən və dəqiqləşdirilmədən yayımlanmışdı.

Referans Medical Group media nümayəndələrini və informasiya resurslarını şirkətlə bağlı məlumatları yayımlamazdan əvvəl rəsmi mövqeyimizi öyrənməyə və məlumatları bizimlə dəqiqləşdirməyə dəvət edir. Dəqiq və obyektiv informasiyanın paylaşılması ictimaiyyətin düzgün məlumatlandırılması və peşəkar jurnalistika prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see643

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see338

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see257

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see244

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see240

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see236

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see195

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see192

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see187

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see184

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see179

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see177

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see174

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see173

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see165

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see161

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see153

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see145

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see144

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri