“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 2 iyun, AZƏRTAC
Rumıniya Almaniyanın müdafiə sənayesi nəhəngi olan “Rheinmetall” şirkətinə son illərdəki ən iri hərbi sifariş paketlərindən birini həvalə edib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Silahlanma üzrə Baş İdarəsi tərəfindən Avropa İttifaqının SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) proqramı çərçivəsində verilən sifarişlərin ümumi dəyəri 5,7 milyard avro təşkil edir. İmzalanan müqavilələr çərçivəsində nəzərdə tutulan sifariş paketinə 298 ədəd ən yeni nəsil “Lynx” döyüş maşını, o cümlədən piyadaların döyüş maşınları, minaatan, komanda-idarəetmə və sanitar vasitələr daxildir. Bundan başqa, “Lynx” platforması əsasında “Skyranger” hava hücumundan müdafiə sistemləri, ortakalibrli sursatlar, iki dəniz patrul gəmisi və iki dalğıc dəstək gəmisi də istehsal olunacaq. Sifarişlər 2028-2030-cu illərdə çatdırılacaq.
“Rheinmetall” layihələrin icrası üçün Rumıniyadakı mövcud istehsal güclərini əhəmiyyətli dərəcədə genişləndirəcək və texnologiya transferini təmin edəcək. Şirkət ölkəyə yüzmilyonlarla avro həcmində investisiya yatırmağı planlaşdırır. İstehsalın böyük hissəsi Rumıniyada həyata keçiriləcək və layihələrə 200-dən çox subpodratçı cəlb olunacaq. Bu isə minlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 02 İyun 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















