Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Ronaldonun Azərbaycana vurduğu qollar onun əfsanəvi karyerasında neçənci olub? in İCMALI

Ronaldonun Azərbaycana vurduğu qollar onun əfsanəvi karyerasında neçənci olub? in İCMALI

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün, noyabrın 5-də Portuqaliya millisinin noyabr oyunlarından sonra yığma komandadakı çıxışını başa çatdırmaq qərarını açıqlayan Kriştianu Ronaldo özündən sonra çoxsaylı rekordlar qoyacaq.

İdman.Biz xəbər verir ki, onun beynəlxalq arenada vurduğu 146 qoldan ikisi Azərbaycan millisinin qapısına təsadüf edib. Maraqlıdır ki, portuqaliyalı hər iki qolu eyni qarşılaşmada vurub və bunlar onun milli komandadakı karyerasında 13-cü və 14-cü qolları olub.

Qeyd edək ki, Ronaldo 2006-cı il oktyabrın 7-də Portuqaliyanın AÇ-2008-in seçmə mərhələsində Azərbaycanı qəbul etdiyi oyunda dubl edib. Portu şəhərindəki “Bessa” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

24-cü dəqiqədə Dekunun ötürməsini qəbul edən Ronaldo sol ayağı ilə dəqiq zərbə endirərək Fərhad Vəliyevin qoruduğu qapıya yol tapıb və hesabı açıb. 30-cu dəqiqədə Rikardu Karvalyu portuqaliyalıların üstünlüyünü artırıb, 63-cü dəqiqədə isə Ronaldo Simau Sabrozunun cinah ötürməsindən sonra baş zərbəsi ilə topu tora göndərərək yekun nəticəni müəyyənləşdirib.

Maraqlıdır ki, Ronaldo Azərbaycan millisinə qarşı meydana çıxdığı digər üç görüşün heç birində fərqlənə bilməyib.

2007-ci il oktyabrın 13-də portuqaliyalılar AÇ-2008-in seçmə mərhələsində Bakıda 2:0 hesabı ilə qalib gəliblər. Qolları Brunu Alveş və Uqu Almeyda vurublar. Ronaldonun fərqlənmək üçün bir neçə imkanı olsa da, onun bir zərbəsi qapı dirəyinə tuş gəlib, digər epizodda isə Fərhad Vəliyev topu dəf edib.

2012-ci il sentyabrın 11-də DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya Azərbaycanı yenidən 3:0 hesabı ilə məğlub edib. Bu dəfə Silvestre Varela, Elder Poştiqa və Brunu Alveş fərqləniblər. Ronaldo yenə qol vura bilməyib. Bununla belə, o, bir dəfə topu qapı çərçivəsinə tuşlayıb və Poştiqanın qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldonun Azərbaycan millisi ilə son şəxsi qarşılaşması 2021-ci il martın 24-də baş tutub. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçirilən oyunda Portuqaliya Maksim Medvedevin avtoqolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Portuqaliyalıların ev oyunu COVID-19 pandemiyası dövründə beynəlxalq səfərlərə tətbiq olunan məhdudiyyətlər səbəbindən Lissabondan neytral meydana köçürülüb. Maraqlıdır ki, həmin dövrdə Ronaldo məhz “Yuventus”da çıxış edirdi. Portuqaliya millisinin kapitanı bu görüşü də qolsuz başa vurub.

Milli komandalar arasında daha iki qarşılaşma Ronaldonun iştirakı olmadan keçirilib. 2013-cü il martın 26-da o, diskvalifikasiya səbəbindən Bakıdakı oyunu (0:2) buraxıb. 2021-ci il sentyabrın 7-də Portuqaliyanın Bakıda 3:0 hesabı ilə qalib gəldiyi görüşdə də meydana çıxmayıb. Bu dəfə də onun iştirak etməməsinə səbəb diskvalifikasiya olub.

Beləliklə, Ronaldo bütün karyerası ərzində Azərbaycan millisinə qarşı dörd oyun keçirib, iki qol vurub və hər dörd qarşılaşmada qələbə sevinci yaşayıb.

Ronaldo Portuqaliya millisində ilk qolunu 2004-cü il iyunun 12-də Avropa çempionatının açılış matçında Yunanıstana qarşı (1:2) vurub. O, əlavə olunmuş vaxtda baş zərbəsi ilə fərqlənib.

Hələlik sonuncu, 146-cı qolunu isə 2026-cı il iyulun 2-də dünya çempionatının 1/16 finalında Xorvatiya ilə görüşdə (2:1) vurub. Ronaldo 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Ümumilikdə, hazırda 41 yaşlı Ronaldo Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vurub. O, kişilər arasında futbolda hər iki göstərici üzrə dünya rekordçusudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri