Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur. “Maşa və Ayı” cizgi filmində hətta musiqi parçalarını da uşaqlar oxuyub.
Bunu AZƏRTAC-a açıqlamasında dublyaj aktyoru və prodüser Rövşən Məmmədli deyib.
Onun sözlərinə görə, əsasən xüsusi sifarişlər zamanı qarşı tərəfin tələbinə uyğun olaraq müəyyən yaş kateqoriyasına aid uşaqlar dublaja dəvət edilir. “Məsələn, obrazın 8 və ya 10 yaşlı uşaq tərəfindən səsləndirilməsi tələb olunursa, həmin yaş qrupuna uyğun uşaq-aktyor seçilir. Seçim zamanı əsas meyar uşağın səsinin obraza uyğun gəlməsi, sözləri aydın və düzgün tələffüz etməsi, eləcə də bəzi səslərin, o cümlədən “r” hərfinin düzgün ifadə olunmasıdır. Azərbaycan və rus bölmələrində uşaqların tələffüzündə fərqli xüsusiyyətlər nəzərə alınır və sözlərin, səslərin təmiz ifadə olunmasına xüsusi diqqət yetirilir. Layihələrdən birində kiçik yaşlı uşaq-aktyor “keçi” sözünü “çeçi” kimi tələffüz etmişdi. Bu, obraz üçün xüsusi şirinlik yaratmışdı. Ekran əsərinin təqdimatı zamanı tamaşaçılar da bu ifadəni böyük maraqla qarşılamışdılar”, - deyə R.Məmmədli əlavə edib.
Müxbir – Fidan Əlizadə
Fotoqraf – Səfiyar Məcnun
Videooperator – İlham Nadirov
Baxış sayı:125
Bu xəbər 03 Sentyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















