Rus mediası bu dəfə Eminin xanımının Dream Fest tərzindən yazdı
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Emin Ağalarovun həyat yoldaşı Alyona Qavrilovanın "Dream Fest"də taxdığı zinət əşyaları Rusiya mediasının diqqətini çəkib.
Axşam.az xəbər verir ki, xarici mətbuatda Qavrilovanın gecə boyu istifadə etdiyi lüks aksessuarların brendi və qiyməti ilə bağlı xüsusi yazı hazırlanıb.
Alyona "Cartier" brendinə məxsus ametist daşlarla işlənmiş boyunbağı taxıb. Zinət əşyasının qiymətinin 50 min dollar (təxminən 85 min manat) olduğu bildirilib.
Bundan başqa, o, "Bulgari" markasına aid 20 min dollarlıq (təxminən 34 min manat) sırğa və 80 min dollarlıq (təxminən 136 min manat) boyunbağı ilə diqqət çəkib.
Qavrilovanın taxdığı "Bulgari Serpenti" kolleksiyasından olan saatın qiymətinin 90 min dollar (təxminən 153 min manat), 3 karatlıq brilyant sırğaların isə 120 min dollar (təxminən 204 min manat) olduğu qeyd edilib.
Gecənin ən bahalı aksessuarı isə "Bulgari Serpenti" kolleksiyasına aid ilan formasında hazırlanmış boyunbağı olub. Həmin zinət əşyasının dəyərinin 400 min dollar (təxminən 680 min manat) olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Avqust 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















