Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Rusiya Müdafiə Nazirliyi Qara dənizin şimal-qərb hissəsində Ukraynaya məxsus iki quru yük gəmisinə zərbə endirildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilən infrastruktur obyektlərinə və dəniz nəqliyyatına pilotsuz uçuş aparatları ilə zərbələri davam etdirir.
Bildirilib ki, oktyabrın 4-də Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal avtomobil körpüsünə də zərbə endirilib. Rusiya tərəfi körpünün qoşunların və hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia edib.
Nazirlik həmçinin Qara dənizin şimal-qərb hissəsində Odessa limanına hərbi yük daşıdığı bildirilən iki quru yük gəmisinin vurulduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Oktyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















