Rusiya Sumıya KAB larla zərbə endirib, yaşayış binaları və ticarət mərkəzi zədələnib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya ordusu gecə saatlarında Sumı şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirib.
Bu barədə "RBK-Ukrayna" Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov və Sumı Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenkoya istinadən məlumat yayıb.
Məlumata görə, şəhərin mülki infrastrukturuna dörd aviasiya bombası düşüb. Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binaları, qeyri-yaşayış obyektləri və infrastruktur zədələnib, yüzlərlə pəncərə sınıb.
Krivoşeenko bildirib ki, zərbələr Kovpakovski rayonunda yerləşən ticarət mərkəzi və digər mülki obyektlərə yönəlib. Hadisə nəticəsində mağazalara da ziyan dəyib.
İlkin məlumata əsasən, hücum nəticəsində azı iki nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilir.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Avqust 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















