Rusiya və İran Rəşt Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Rusiya və İran Rəşt - Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketi imzalayıblar.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Andrey Nikitin bildirib.
Onun sözlərinə görə, Tehranda Rusiyanın "Kaspian servisez" təşkilatı və İranın CDTIC şirkəti qabaqlayıcı mühəndis-axtarış işlərinin aparılması üçün bütün marşrut boyu torpaq sahələrinə çıxışın təmin edilməsi haqqında protokol, eləcə də müqaviləyə əlavə saziş imzalayıblar.
Nikitin bildirib ki, torpaq sahələri artıq təhvil verilib, bu isə mühəndis-axtarış işlərini davam etdirməyə və zəruri işlərin müddətini uzatmağa imkan verəcək.
Cari ildə Rusiya mütəxəssisləri dayaq geodeziya şəbəkəsini qurub və aerofotoçəkiliş həyata keçiriblər. Hazırda hidrometeoroloji axtarışlar və topoqrafik çəkilişlər aparılır.
Rəşt - Astara dəmir yolu sahəsi "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas elementlərindən biridir və yüklərin Fars körfəzinə, daha sonra isə Cənubi Asiya ölkələrinə fasiləsiz çatdırılma marşrutunu təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















