Rusiya XİN: Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmaq cəhdlərinin və Moskvaya qarşı şantaj xarakterli addımlarının narahatlıq doğurduğunu bildirib.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə deyib.
Onun sözlərinə görə, Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir.
Fadeyev bildirib ki, Brüssel, London və Paris Ermənistan iqtisadiyyatına ciddi sərmayələr yatırmayacaq.
Diplomat qeyd edib ki, Ermənistanın Rusiya ilə ənənəvi əlaqələrinə baxmayaraq, ölkədə hazırda Rusiyapərəst şəxslərin təqib edilməsi, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı arbitraj iddiaları ilə hədələmə və Kiyevlə yaxınlaşma cəhdləri müşahidə olunur.
“Əgər İrəvan öz maraqlarının nəzərə alınmasına çalışırsa, Moskvanın da erməni tərəfdaşları qarşısında analoji gözləntilərinin olması təbiidir. Lakin hələlik görürük ki, Ermənistan rəhbərliyi münasibətlərimizin perspektivlərini birtərəfli hərəkət kimi qəbul edir. Biz isə daha realist və balanslaşdırılmış yanaşmaya ümid edirik”, – Fadeyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















