Rusiyadan Qarabağ açıqlaması: Bizimlə heç bir əlaqəsi yoxdur
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rusiya rəsmiləri Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında yaranmış vəziyyətə dair şərh verməyə davam edirlər”.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.
O bildirib ki, təşkilatla İrəvan arasında hansısa münaqişə yoxdur və bu məsələnin 2020-ci ildən bəri baş verən hadisələrlə əlaqələndirilməsi əsassızdır.
Ermənistanın təşkilatın büdcəsinə ödənişləri dondurması və yaranmış borclarına toxunan Vasilyev qeyd edib ki, bu məsələ noyabrın 11-də Moskvada keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə olunacaq.
“Hər bir halda, (keçmiş) Qarabağ münaqişəsinin KTMT ilə heç bir əlaqəsi olmayıb və İrəvan bunu bilir. Əlbəttə, biz xalqlarımızın həyatlarının və talelərinin təkcə onilliklər deyil, əsrlər boyu bir-biri ilə sıx bağlı olduğunu nəzərə alaraq, Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin qorunub saxlanılmasını istəyirik”, - o əlavə edib.
Ermənistanla NATO arasında əməkdaşlığın fəallaşmasına, xüsusilə də birgə hərbi təlimlərə də münasibət bildirən Rusiya rəsmisi vurğulayıb ki, Qərbin İrəvanı KTMT müttəfiqlərindən uzaqlaşdırmaq cəhdləri ölkənin uzunmüddətli təhlükəsizlik maraqlarına uyğun deyil./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Avqust 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















