Rusiyanın ən böyük neftayırma zavodlarından biri fəaliyyətini dayandırdı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyanın “Qazprom Neftexim Salavat” neft emalı zavodu Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” iki sənaye mənbəyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu kompleks Rusiyada ən böyük komplekslərdən biridir.
Agentliyin mənbələri iddia edir ki, iki əsas neft emalı qurğusu zədələnmə səbəbindən dayandırılıb: gündə 17.140 ton tutumlu ELOU-AVT-6 və 11.430 ton tutumlu ELOU-AVT-4 (qaz kondensatını emal edir).
Bir neçə ikinci dərəcəli qurğu və digər avadanlıqlar da zədələnib. Mənbələrə görə, təmir bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Şirkətin mətbuat xidməti “Reuters”in şərh istəyinə cavab verməyib.
“Qazprom Neftexim Salavat”a hücum 14 iyul gecəsi baş verib. Başqırdıstan qubernatoru Radiy Xabirov əsas qurğuların zədələnmədiyini iddia edib. O, neft emalı zavodunun bir neçə gün ərzində fəaliyyətini tam bərpa edəcəyini təxmin edib. “Qazprom Neftexim Salavat” benzin, dizel yanacağı, kerosin və digər neft məhsulları istehsal edir. “Reuters” agentliyinin məlumatına görə, şirkət 2024-cü ildə Rusiyanın ümumi neft emalı həcminin 2,7%-ni emal edib.
Bu mövzuda digər xəbərlər:Rusiyanın ən böyük neft emalı zavodlarından birinə hücum − Fəaliyyətini dayandırdı
18 Noyabr 2025 21:01
Rusiyanın ən böyük neft terminalı fəaliyyətini dayandırdı
25 İyul 2026 01:03
Rusiyanın ən böyük neft emalı zavodlarından biri yanır
01 Oktyabr 2025 11:36
Rusiyanın ən böyük neft zavodlarından biri yanır VİDEO
15 May 2026 17:38
KİV: Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırdı
07 İyul 2026 21:19
Baxış sayı:119
Bu xəbər 15 İyul 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















