Sabah Avropanın nəhəngləri ilə üz üzə gəlir: Azərbaycan futbolunu nə gözləyir?
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Azərbaycan çempionu bu mərhələdə 8 qarşılaşmaya çıxacaq. "Sabah" Bakıda "Barselona", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Napoli"ni qəbul edəcək. Komanda səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq"lə qarşılaşacaq.
Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, "Sabah"ın bu mərhələyə yüksəlməsi Azərbaycan futbolu üçün böyük uğurdur:

"Ötən il Qarabağ FK bizi Avropada layiqincə təmsil etdi, bu il isə "Sabah" həmin uğurun davamını gətirir. Rəqiblərə gəlincə, adlara baxdıqda "Sabah"ın qarşısına Avropanın və dünyanın ən nəhəng klublarının çıxdığını görürük. Bu, bir tərəfdən çox müsbət haldır. "Barselona", "Arsenal", "Mançester Yunayted" kimi komandalarla oynamaq, onların Azərbaycana gəlməsi "Sabah" üçün böyük təcrübə və inkişaf baxımından mühüm praktikadır. Digər tərəfdən isə bu komandaların çox güclü olması müəyyən çətinliklər yarada bilər. Belə rəqiblərlə mübarizə aparmaq üçün böyük təcrübə lazımdır. "Sabah" isə hələ gənc komandadır və təxminən 8-9 illik tarixə malikdir. Buna görə də belə yüksək səviyyəli oyunlarda müəyyən çətinliklərin yaşanması normaldır. Lakin bütün bunlara baxmayaraq, burada əsas məqsəd yalnız nəticə olmamalıdır. Əsas məsələ bu komandalarla oynamaq, futbolçuların təcrübə qazanması və səviyyələrinin yüksəlməsidir. Bu da son nəticədə klub səviyyəsində komandalarımızın gücünün artmasına xidmət edəcək".
Ekspertin sözlərinə görə, ümumilikdə, "Qarabağ" və "Sabah"ın son illərdə göstərdiyi performans Azərbaycan futbolunun Avropada artıq orta səviyyəyə çatdığını, hətta müəyyən mənada bu səviyyəni keçdiyini göstərir:
"Belə oyunlar isə həmin inkişafın davam etməsi üçün çox vacibdir. Komandalar arasında xal qazanmaq baxımından "Sabah"ın bəzi rəqiblərlə daha real şanslarının olduğunu düşünürəm. Məsələn, "Vikinq" və "Slaviya Praqa" ilə oyunlarda "Sabah" xal qazana biləcək gücdədir. Digər rəqiblər isə çox güclü top-klublardır. Amma "Sabah" həmin komandalarla da mübarizə aparıb yaxşı oyun nümayiş etdirər və onlardan hər hansı birindən xal qazanarsa, bu, böyük uğur olar. "Sabah"a uğurlar arzulayaq. Futbol ictimaiyyəti, Azərbaycan azarkeşləri, məşqçilər və bütün futbolsevərlər bu oyunları səbirsizliklə gözləyir. "Barselona", "Mançester Yunayted", "Arsenal"kimi komandalarla qarşılaşmaq hər bir futbolçu və məşqçinin görmək istədiyi böyük təcrübədir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycan Basketbol Liqası: “Sabah” “Neftçi” ilə üz üzə
28 Yanvar 2026 09:51
Azərbaycan Premyer Liqası: “İmişli” “Sabah” ilə üz üzə
14 Mart 2026 09:53
Azərbaycan Basketbol Liqası: “Sabah” “Abşeron Lions” ilə üz üzə
29 Aprel 2026 10:36
“Sabah” “Şamaxı” ilə üz üzə
09 May 2025 09:30
“Sabah” “Neftçi” ilə üz üzə
02 May 2025 09:42
Baxış sayı:124
Bu xəbər 02 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları