Sabah Ər Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, iclasda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmilər iştirak edəcəklər.
Toplantıda regionda baş verən son proseslər, eləcə də ittifaqın institusional strukturunun formalaşdırılması istiqamətində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunacaq.
Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Oktyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















