“Sabah”ın futbolçusu: “Belə klublara qarşı oynamaq mənə əlavə motivasiya verir”
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Belə səviyyəli klublara qarşı oynamaq mənə həyəcan hissindən daha çox məsuliyyət və əlavə motivasiya verir". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib.
31 yaşlı vinger UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən artıq bu uğuru geridə qoyaraq qarşıdakı matçlara köklənməli olduqlarını bildirib:
"Artıq bunu qeyd etməyimiz geridə qalıb. Qarşıdakı vacib və çətin oyunlara bütün diqqətimizi yönəltməyin vaxtıdır".
O, təsnifat mərhələlərində komandanı dəstəkləyən azarkeşlərə də təşəkkürünü çatdırıb:
"Danimarka, İngiltərə, Finlandiya və Rumıniyada, evimizdən uzaqda oynayanda belə, tək deyildik. Xaricdə yaşayan vətəndaşlarımıza minnətdarıq. Onlar stadionlara gəlib həmin oyunlarda bizə dəstək oldular".
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















