Sabiq nazirin evi satışa çıxarıldı Bu qiyməti təklif olundu
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, mənzil Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5-ci dəfə iyulun 16-da 50% endirimli qiymətlə təkrar hərraca çıxarılacaq.
Xüsusi müsadirə edilmiş əmlaklar siyahısına daxil edilmiş mənzilin ümumi sahəsi 370,4 kvadrat metrdir.
Paytaxtın Yasamal rayonunun Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən əmlakın hərracda başlanğıc qiyməti 463 125 manat müəyyənləşib.
Mənzilə sahib olmaq üçün son müraciət tarixi isə sabah - 10 iyul, saat 18.00-dək müəyyən edilib.
Qeyd edək ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. S.Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. Dövlətə dəymiş ziyanı tam ödədiyindən S.Müslümova 11 il şərti həbs cəzası verilib. Onun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















