Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Şamaxı, 4 oktyabr, AZƏRTAC
Şamaxının tarixi Gülüstan qalasında bir ay davam edən arxeoloji tədqiqatlar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası tərəfindən qalanın Narınqala hissəsinin aşağı tərəfində yerləşən böyük inzibati binada aparılıb.
Ekspedisiyanın rəhbəri Akif Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, eni 15, uzunluğu 50 metr olan tikilinin ümumi sahəsi 750 kvadratmetrdir. Araşdırmalar zamanı binanın iri qaya daşları və yonulmuş əhəng daşlarından tağ formasında inşa edildiyi müəyyənləşdirilib.
Onun sözlərinə görə, tikilinin zəlzələ və ya düşmən hücumu nəticəsində ciddi dağıntıya məruz qaldığı ehtimal olunur. Qazıntılar zamanı tağ formalı tavanın uçaraq binanın içərisinə töküldüyü də dəqiqləşib.
Akif Quliyev qeyd edib ki, qazıntılar zamanı çoxsaylı saxsı fraqmentləri, nimçə, kasa, kaşı, bulud, dolça, küp, bardaq və çıraq qırıqları, həmçinin muncuqlar, şüşə qolbaq, mis sikkələr, əmək alətləri və silah qalıqları aşkarlanıb.
Ekspedisiya rəhbərinin sözlərinə görə, tapıntılar Gülüstan qalasında yaşamış insanların gündəlik həyatı və məişəti, eləcə də abidənin tarixi barədə yeni məlumatlar əldə etməyə imkan verir.
Qeyd edək ki, Gülüstan qalasında yaxın zamanda bərpa və konservasiya işlərinin aparılması, arxeoloji tədqiqatların isə davam etdirilməsi planlaşdırılır.
Müxbir - Rəşad Türkoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Oktyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















