Samux rayonunda 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş Ey hörmətli Müəllim...! adlı tədbir keçirilib (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Samux Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı təntənəli tədbir baş tutub.
Tədbirdə rayonun təhsil həyatında xüsusi xidmətlərinə görə fəxri adlara layiq görülmüş və hazırda təqaüddə olan təhsil işçiləri, eləcə də ötən tədris ilində dərslərin keyfiyyətinin yüksəldilməsi, yüksək akademik nailiyyətlər və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənən qabaqcıl təhsilverənlər iştirak ediblər.
Tədbirdə çıxış edən Samux rayon üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova pedaqoji kollektivi bayram münasibətilə səmimi qəlbdən təbrik edərək təhsil sahəsində tətbiq olunan yeniliklərdən və əldə edilən uğurlardan danışıb. İl ərzində rayonun müxtəlif məktəblərində çalışan müəllimlərin monitorinqlərdə və müsabiqələrdə qazandıqları nailiyyətlər xüsusi qeyd edilib. Təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Digər çıxış edənlər də təhsilimizin inkişafına göstərilən dövlət qayğısından danışaraq qarşıya qoyulan təhsil hədəflərinə çatmaq üçün daha səylə çalışacaqlarını bildiriblər.
Bayram tədbiri şagirdlərin hazırladıqları bədii kompoziyalarla davam edib.
Sonda qabaqcıl təhsil işçilərinə Fəxri fərmanlar və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Samux Rayon Komitəsi tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















