Icma.az
close
up
RU
Sarımsaqlı qatıq və tomat souslu “Kartof Boranisi” Asan və ləzzətli resept

Sarımsaqlı qatıq və tomat souslu “Kartof Boranisi” Asan və ləzzətli resept

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qonaqlarınıza təqdim edə biləcəyiniz fərqli, çox asan və büdcəyə qənaət edən resept axtarırsınızsa, bu xəbərimiz tam sizin üçündür. Hər evdə tapılan sadə ərzaqlarla hazırlanan, həm məzə (qəlyanaltı), həm də əsas yemək kimi süfrəyə verilə bilən bu xörək dadı ilə hər kəsi heyran edəcək.
Demokrat.az
həm gözə, həm də damağa xitab edən sarımsaqlı qatıq və xüsusi tomat souslu “Kartof Boranisi”nin reseptini təqdim edir:
Lazım olan ərzaqlar
Kartof qarışığı üçün:
* Böyük ölçülü kartof – 2 ədəd (suda bişirilmiş)
* Bitki yağı – 4 xörək qaşığı
* Baş soğan – 1 ədəd (xırda doğranmış)
* Duz, istiot, şirin qırmızı toz bibər – hərəsindən 1 çay qaşığı
Xüsusi tomat sousu üçün:
* Tomat pastası – 1 xörək qaşığı
* Pomidor püresi – yarım stəkan
* Bitki yağı – 1 xörək qaşığı
* Su – yarım stəkan
* Duz – 1 çay qaşığı
Üzəri üçün:
* Sarımsaqlı qatıq – 1 kasa
* Cəfəri – yarım dəstə (xırda doğranmış)
Hazırlanma qaydası
Sousun hazırlanması: Kiçik bir qazanda bitki yağını qızdırın. Üzərinə tomat pastasını əlavə edib 30 saniyə qovurun. Ardınca pomidor püresini, duzu və suyu əlavə edərək bir daşım qaynadın. Tamamlandıqdan sonra ocağı söndürün.
Kartofun qovrulması: Əvvəlcədən qaynadılmış kartofları sürtgəcdən keçirin. Tavada yağı qızdırıb xırda doğranmış soğanları 3–4 dəqiqə qovurun. Ocağın xodunu azaldıb kartofları əlavə edin və soğanla birlikdə yaxşıca qarışdırın.
Dadlandırma: Hazır olan kartof-soğan qarışığına duz, istiot və qırmızı toz bibər əlavə edin. Tavanı ocaqdan götürüb otaq temperaturunda soyumağa buraxın.
Forma verilməsi: Əllərinizin yapışmaması üçün ovuclarınızı bitki yağı ilə yağlayın. Soyumuş kartofdan qoz böyüklüyündə parçalar qoparıb əlinizdə yuvarlayaraq toplar hazırlayın.
Təqdimat: Hazırladığınız kartof toplarını geniş servis boşqabına düzün. Üzərinə əvvəlcə bol sarımsaqlı qatıq, sonra isə ilıq tomat sousu gəzdirin. Ən sonda xırda doğranmış təzə cəfəri səpərək süfrəyə təqdim edin.
Bu ləzzətli təam həm uşaqların, həm də böyüklərin sevimlisinə çevrilə bilər.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see373

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see289

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see282

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see268

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see241

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see239

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see237

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see232

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see230

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see221

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see219

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see214

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see214

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see209

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see209

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see201

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see200

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see198

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see197

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri