Səfir: Azərbaycan Türkmənistanın Beynəlxalq Hüquq İli nə dair təşəbbüsünü dəstəkləyib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan 2028-ci ilin "Beynəlxalq Hüquq İli" elan edilməsi ilə bağlı Türkmənistanın təşəbbüsünün həmmüəllifi olan 78 ölkə sırasına daxil olub.
XQ xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov BMT Baş Assambleyası tərəfindən Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş "2028-ci il - Beynəlxalq Hüquq İli" qətnaməsinin qəbul edilməsi ilə əlaqədar səfirlik tərəfindən təşkil olunmuş tədbirdə deyib.
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2028-ci ili "Beynəlxalq Hüquq İli" elan etmək təşəbbüsü xüsusi aktuallığa və strateji əhəmiyyətə malikdir. Qardaş Azərbaycan da daxil olmaqla, 78 ölkə bu təşəbbüsün həmmüəllifi qismində çıxış edib", - diplomat bildirib.
Onun sözlərinə görə, təşəbbüs hüquq normalarına və mexanizmlərinə etimadın möhkəmləndirilməsinə töhfə verəcək beynəlxalq gündəliyin formalaşdırılmasına yönəlib:
"Ümid edirəm ki, birgə təşəbbüslər sayəsində beynəlxalq hüquq dünyada və regionumuzda sülhün, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsinin yenidən əsasına çevriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















