Səfir: Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ilin sonuna qədər arta bilər
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən ilin göstəricisini üstələyə bilər.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bəyan edib.
"2025-ci ilin yekunları üzrə ticarət dövriyyəmizdə təxminən 4,9-5 milyard dollara qədər artım var. Bu, müsbət dinamikadır. Lakin cari ilin beş ayının yekunlarına əsasən, ticarət dövriyyəmiz təxminən 30 % azalıb", - diplomat qeyd edib.
Onun sözlərinə görə, azalma mövsümi dəyişikliklərlə bağlı ola bilər və əlavə təhlil tələb edir.
R. Mustafayev həmçinin bildirib ki, bu məsələni forum çərçivəsində Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçevlə müzakirə edib.
"Əminəm ki, yaxın aylarda, ilin sonuna qədər biz 2025-ci ilin göstəricilərinə çatacaq, bəlkə də üstələyəcəyik", - səfir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 İyun 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















