Şəhid İlqar Vəliyevin oğlu: Azad olunmuş torpaqlara hər səfər edəndə atamın döyüş yolu gözlərim önündə canlanır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 noyabr, AZƏRTAC
Qələbəmizdən altı il keçməsinə baxmayaraq, hər il 8 Noyabr yaxınlaşanda Zəfər bayramını eyni hisslərlə qeyd edirik. Bu gün bizim üçün nə qədər qürurlu və fəxrverici olsa da, bir o qədər də ağırdır. Lakin hər bir halda bu tarix son dərəcə şərəflidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş rayonlara hər səfər edəndə atasının keçdiyi döyüş yolları, hərbçilərimizin və qəhrəman əsgərlərimizin şücaət göstərdiyi yerlər dərhal gözləri önündə canlanır: “Bunu görəndə insan istər-istəməz həm fərəhlənir, həm də kədərlənir. Ancaq bütün bunlar ölkəmizin və dövlətimizin böyük uğuru, əsl qürur mənbəyidir. Bu gün bir şəhid övladı olaraq fəxr edirəm ki, Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub və ölkəmizin hər bir qarışında üçrəngli şanlı bayrağımız əzmlə dalğalanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















