Səidə Bəkirqızına qarşı məhkəmə Qərar açıqlandı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.
Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Avqust 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















