Icma.az
close
up
RU
Səməd Seyidov: Fransa və Almaniyada dövlət siyasəti ilə cəmiyyətin gözləntiləri arasındakı uçurum dərinləşib

Səməd Seyidov: Fransa və Almaniyada dövlət siyasəti ilə cəmiyyətin gözləntiləri arasındakı uçurum dərinləşib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Özlərini demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının əsas müdafiəçiləri kimi təqdim edən Qərb dövlətlərində kütləvi etirazların genişlənməsi Avropanın uzun illər dünyaya nümunə kimi təqdim etdiyi siyasi və sosial modelin dayanıqlılığı məsələsini yenidən gündəmə gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Fransa və Almaniyada baş verən nümayişlər iqtisadi inkişafın, sosial rifahın, ictimai məmnunluğun və siyasi sabitliyin təmin edilmədiyini göstərir. Bahalaşma, yaşayış xərclərinin artması, sosial təminat, təhsil və məşğulluq sahələrindəki problemlər müxtəlif sosial təbəqələrin narazılığını gücləndirir. Bu mənzərə iqtisadi göstəricilərlə vətəndaşların gündəlik həyatda üzləşdiyi reallıqlar arasında ciddi fərqin yarandığını nümayiş etdirir.

Fransada narazılıqların dərinləşməsində 2027-ci il dövlət büdcəsi ətrafında mübahisələr, büdcə kəsirinin azaldılması və dövlət xərclərinə qənaət planları da mühüm rol oynayır. Son aylarda keçirilən ümummilli tətillər və kütləvi nümayişlər hökumətin ölkədəki sosial-iqtisadi problemlərin həlli istiqamətində üzləşdiyi çətinlikləri bir daha nümayiş etdirib. 2027-ci il prezident seçkiləri ərəfəsində bu proseslər Emmanuel Makron hakimiyyətinə ictimai etimadın zəifləməsi baxımından əlavə siyasi təzyiq yaradır.

“Fransanın daxili problemləri ilə yanaşı, beynəlxalq siyasəti də ölkənin bəyan etdiyi prinsiplərlə real fəaliyyəti arasındakı ziddiyyətləri gündəmə gətirir. Prezident İlham Əliyev Fransanın dənizaşırı ərazilərdə və müxtəlif regionlarda həyata keçirdiyi idarəçilik siyasətini neokolonializm kimi səciyyələndirərək bu məsələyə beynəlxalq diqqəti cəlb edib. Bu baxımdan, Parisin demokratiya, insan hüquqları və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı bəyanatları ilə siyasi praktikası arasındakı uyğunsuzluq xüsusi diqqət çəkir. Fransa və Almaniyada baş verən hadisələr dövlət siyasəti ilə cəmiyyətin gözləntiləri arasındakı uçurumun dərinləşdiyini göstərir”, - deyə S.Seyidov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri