Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin daha ciddi olmasının tərəfdarıyam Səbinə Babayeva

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin daha ciddi olmasının tərəfdarıyam Səbinə Babayeva

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan təhsil sistemində müəllimlərin sertifikatlaşdırılması prosesi başlayandan bu günə qədər bu məsələ birmənalı qarşılanmayıb. Prosesin çatışmazlıqları olduğu kimi, müsbət tərəfləri də var. Ən azı bir həqiqəti danmaq olmaz: sertifikasiya müəllimləri silkələdi. Müəllimlər illər əvvəl öyrəndiklərini yenidən nəzərdən keçirdilər, unutduqları mövzuları xatırladılar, biliklərini təkmilləşdirdilər, üzərlərində işlədilər. Bunun nəticəsində müəyyən müəllimlərin maaşı artdı və onların sosial vəziyyətində müsbət dəyişiklik yarandı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında orta məktəb müəllimi Səbinə Babayeva bildirdi.

Müsahibimiz düşünür ki, sertifikasiyada nəticə müəllimin öz inkişafı qədər böyük olmayıb:

"Çünki müəyyən mərhələdən sonra prosesin əsas obyekti dəyişib. Müəllim şagirdə yönəlmək əvəzinə, özünü sertifikasiyaya hazırlamağa yönəlib. Müəllim üçün əsas məqsədlərdən biri yüksək nəticə göstərmək, mövcud nüfuzunu qorumaq və əməkhaqqını artırmaq oldu. Bunu qınamaq da çətindir. Çünki müəllimdən öz inkişafını tələb edən, onun maaşını imtahan nəticəsi ilə əlaqələndirən sistem təbii olaraq müəllimi həmin istiqamətə yönəldəcək. Amma burada bir paradoks yaranır: Müəllim özünü inkişaf etdirərkən şagirdə ayırdığı vaxt və diqqət azalırsa, biz həqiqətən təhsili inkişaf etdiririkmi?

Mən inanmıram ki, hansısa müəllim sertifikasiyaya yalnız şagirdlərinin təhsil səviyyəsini yüksəltmək üçün hazırlaşıb. Bəlkə bunun içində belə niyyət də olub. Amma prosesin əsas motivasiyası bundan daha çox şəxsi nəticə, peşəkar nüfuz və əməkhaqqının qorunması olub".

Müəllimin fikirincə, digər ciddi məsələ isə obyektivlikdir:

"Müəllimlər arasında belə bir fikir var idi: 50-60 sualla bir insanın müəllim olub-olmadığını müəyyən etmək mümkündürmü? Əlbəttə, müəyyən bilik səviyyəsini ölçmək mümkündür. Amma müəllimlik yalnız bilik deyil. Müəllim bilməlidir, amma daha vacibi bildiyini necə tətbiq etməsidir. Sinifdə gözlənilməz situasiya yarananda necə davranır? Çətin şagirdlə necə ünsiyyət qurur? Sinifdə psixoloji mühiti necə formalaşdırır? Şagirdin motivasiyasını necə artırır? Konflikti necə idarə edir? Şagirdin fərdi xüsusiyyətlərini necə nəzərə alır? Bunları testdə ölçmək çox çətindir. Məhz buna görə mən sertifikatlaşdırmanın müsahibə mərhələsinin daha ciddi və daha məqsədyönlü olmasının tərəfdarıyam. Lakin burada da başqa problem ortaya çıxır: insan faktoru. Müsahibə aparan şəxsin müəllim haqqında verdiyi qərar da müəyyən mənada subyektiv ola bilər. Bir müəllimin “çox yaxşı cavab” hesab etdiyi cavabı digər müsahibəçi yetərli hesab etməyə bilər. Ona görə də müsahibə mərhələsində tam obyektivliyi təmin etmək asan deyil. Amma bu, müsahibədən imtina etmək üçün səbəb olmamalıdır. Əksinə, müsahibənin mexanizmini təkmilləşdirmək üçün səbəb olmalıdır. Mənə görə ən böyük yanlışlıq isə test mərhələsini təkrar etməkdir. Əgər müəllim artıq nəzəri biliklərini müəyyən edən testdən keçibsə, müsahibədə yenidən “alt standart nədir?”, “neçə məzmun xətti var?”, “bu standart necə yazılır?” kimi suallarla qarşılaşması müəyyən mənada testologiyanın davamıdır.

Bəs müəllimin müəllimliyini nə zaman yoxlayacağıq? Müsahibə mərhələsində müəllimə real pedaqoji situasiyalar təqdim etmək daha məqsədəuyğun olmazdımı? Məsələn: “Şagirdiniz dərsdə daim danışır və digər şagirdlərin diqqətini yayındırır. Nə edərdiniz?", “Şagirdiniz tapşırığı yerinə yetirməkdən imtina edir. Necə yanaşarsınız?”, “Valideyn sizin dərsinizdən narazıdır. Bu vəziyyəti necə idarə edərsiniz?”, “Sinifdə iki şagird arasında konflikt yaranıb. İlk reaksiyanız nə olar?” Belə suallar müəllimin əzbərlədiyi məlumatı deyil, düşünmə tərzini, pedaqoji yanaşmasını və psixoloji hazırlığını göstərər. Məncə, sertifikasiya sisteminin növbəti mərhələsində əsas sual bu olmalıdır: “Müəllim nə qədər bilir?” yox, “Müəllim bildikləri ilə sinifdə nə edə bilir?” Çünki yaxşı müəllim yalnız çox şey bilən müəllim deyil. Yaxşı müəllim bildiyini şagirdə çatdıra bilən, onu anlaya bilən, sinfi idarə edə bilən və ən əsası, uşağın qarşısında pedaqoji məsuliyyət daşıyan müəllimdir. Sertifikasiya müəllimləri silkələdi. Bu danılmazdır. İndi isə növbəti mərhələdə həmin silkələnmənin şagirdin nəticələrinə, sinif mühitinə və bütövlükdə təhsilin keyfiyyətinə çevrilməsinin vaxtıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri