ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür RƏY
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə tərəfdaşlıq xarici siyasətin vacib istiqamətlərindən birini təşkil edir. Bu əməkdaşlıq respublikanın ümumi xarici siyasət strategiyasına, milli maraqlarına və milli təhlükəsizlik konsepsiyasına uyğun şəkildə həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı səsləndirib.
O bildirib ki, Prezident İlham Əliyevin ŞƏT-in zirvə görüşündəki çıxışında beynəlxalq təşkilatlarla bağlı mühüm məqamlara toxunması, o cümlədən BMT-nin adını xüsusi qeyd etməsi təsadüfi xarakter daşımır: "Dövlətimizin başçısı BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qəbul etdiyi qətnamələri icra edə bilməməsini və ölkəmizin bu tarixi vəzifəni öz gücü hesabına reallaşdırdığını diqqətə çatdırıb. Regional təşkilatın sammitində beynəlxalq qurumlarla bağlı bu cür mesajların verilməsi iki əsas məqamla bağlıdır:
- Azərbaycan hər zaman öz milli maraqlarını reallaşdırmaq üçün bütün zəruri addımları atmağa hazırdır. Ölkəmiz heç bir müstəvidə — ne regional, nə də beynəlxalq təşkilatlar və münasibətlər çərçivəsində milli maraqlarından geri addım atmır, bu istiqamətdə qətiyyətli siyasət yürüdərək nəticələr əldə edir.
- Regional və beynəlxalq təşkilatlar bölgədə əməkdaşlığa, sülhə töhfə verməli, beynəlxalq hüququn əsas prinsiplərini qorumalıdırlar. Azərbaycanın bu qurumlara yanaşmasının təməlində məhz beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prinsipi dayanır. Dövlətimizin başçısı digər çıxışlarında da dəfələrlə vurğulayıb ki, Azərbaycan nə qlobal qütbləşmələrin və münaqişələrin tərəfi olmağa çalışır, nə də öz ərazisini və yerləşdiyi regionu ziddiyyətlər meydanı kimi görmək istəyir. Əksinə, ölkəmiz bölgəni yalnız əməkdaşlıq məkanı kimi qiymətləndirir.
ŞƏT-ə münasibət də məhz bu kontekstdə formalaşır. Sammitdə Azərbaycanın yaxın dost, müttəfiq və mövqeləri üst-üstə düşən tərəfdaş dövlətləri iştirak edib. Ölkəmiz bu cür regional və beynəlxalq platformaları həm ikitərəfli münasibətlərin inkişafı, həm də çoxitərəfli formatda öz mövqeyini və mesajlarını çatdırmaq üçün mühüm imkan hesab edir".
Ekspertin sözlərinə görə, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini bir-birinə rəqib layihələr kimi deyil, bütün tərəflərin, o cümlədən ölkəmizin faydalanacağı qarşılıqlı inteqrasiya imkanları kimi dəyərləndirir. ŞƏT sammitində iştirak da bu məqsədə xidmət edir: "Bu gün Azərbaycan Şərq-Qərb ticarət marşrutunun — Orta Dəhlizin sabit və etibarlı tərəfdaşına, eləcə də mühüm logistika mərkəzinə çevrilib. Ələt Azad İqtisadi Zonasının yaradılması, burada dəniz və hava limanlarının, dəmir yolu şəbəkəsinin kəsişdiyi müasir infrastrukturun qurulması xüsusi önəm kəsb edir. Qardaş Özbəkistana son səfər zamanı Ələtdə bu ölkənin xarici ticarəti üçün xüsusi imkanların yaradılması da bunun bariz nümunəsidir.
Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Bakı-Tbilisi-Qars kimi qlobal layihələrlə sadəcə bir tranzit körpü olmadığını, həm də strateji mərkəz ölkə xüsusiyyəti daşıdığını sübut edib. Müəyyən dövrdə körpü rolunda çıxış edən respublikamız hazırda beynəlxalq layihələrin mərkəzi ölkəsi statusuna doğru inamla irəliləyir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















