Icma.az
close
up
RU
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Səyahət planlaşdıranların bəziləri daha rahat və sərfəli seçim kimi turizm şirkətlərinin təqdim etdiyi hazır paketlərə üstünlük verir. Adətən belə paketlər səyahəti daha rahat və sərfəli şəkildə planlamağın yollarından biri kimi təqdim olunur. Lakin bəzən turistlər səfərə gedərkən paketdə vəd edilən xidmətləri ala bilmirlər. Hotelin səviyyəsi, transfer, qidalanma, ekskursiyalar və əlavə ödənişlər kimi məsələlərdə vəd olunanlarla reallığın fərqli olması narazılığa səbəb olur. Bəzən insanlar hətta ödəniş etdikləri halda səfərin baş tutmaması halı ilə üzləşirlər. Bütün bunlar cəlbedici təkliflərin hər zaman problemsiz səyahət zəmanəti vermədiyini göstərir.

Bəs turpaket seçərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hər turşirkətə inanmaq olmaz

Turizmçi Anar Həsənov hesab edir ki, turpaket alarkən diqqətli olmaq lazımdır:

"Səyahət zamanı yaranan problemlər adətən müştərilərin tur şirkəti və təqdim olunan xidmətlər barədə əvvəlcədən kifayət qədər araşdırma aparmaması ilə bağlı olur. Hazırda bazarda çox sayda turizm şirkəti fəaliyyət göstərir. Onların əksəriyyəti onlayn xidmət edir. Buna görə də müştəri turpaket almazdan əvvəl müraciət etdiyi şirkət haqqında ətraflı məlumat toplamalıdır. Şirkətin fəaliyyətini, bazardakı təcrübəsini, müştəri rəylərini araşdırmaq, mümkün olduğu halda ofisinə gedərək fəaliyyət şəraiti ilə tanış olmaq lazımdır. Şirkətdə neçə nəfərin çalışması, hansı xidmətlərin göstərilməsi kimi məsələlər istehlakçı üçün müəyyən təsəvvür yarada bilər".

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto

Turizmçi bildirir ki, müştərilər turizm şirkətinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvü olub-olmadığını da yoxlaya bilərlər:

"Assosiasiyaya üzvlük üçün müəyyən tələblər mövcuddur. Məsələn, ofisi olmayan və fəaliyyətinə digər iki turizm şirkətinin zəmanəti verilməyən şirkətlərin Assosiasiyaya üzvlüyü mümkün deyil". Turizmçinin fikrincə, turpaket əldə edərkən yalnız qiymətə diqqət yetirmək düzgün deyil: "Turun qiymətinə hansı xidmətlərin daxil olduğu - aviabilet, hotel, transfer, sığorta, ekskursiyalar və digər xidmətlər əvvəlcədən dəqiqləşdirilməlidir. Müştəri şirkətlə bağladığı müqavilənin şərtlərini diqqətlə oxumalı, ödənişin hansı qaydada həyata keçirildiyini və turun hər hansı səbəbdən baş tutmaması halında pulun geri qaytarılması şərtlərini əvvəlcədən öyrənməlidir".

A.Həsənov bildirir ki, istehlakçılar riskləri azaltmaq üçün uzun müddətdir bazarda fəaliyyət göstərən, haqqında kifayət qədər məlumat olan və müştərilər arasında nüfuza malik turizm şirkətlərinə üstünlük verməlidirlər.

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto

"Şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər"

Turizm bələdçisi Aytac Nəzərlinin fikrincə, turpaket alınan şirkətin etibarlılığını öyrənmək üçün internetdə axtarış edilməlidir:

"Şirkətin sosial media hesablarını diqqətlə izləmək lazımdır. Göstərilən xidmət haqqında insanların rəyləri də müəyyən ilkin rəy formalşdırır. Əgər fəaliyyəti ilə bağlı cəmi 2-3 rəy varsa, o şirkətə inanmaq olmaz. Nümayəndə ilə onlayn əlaqə saxlamaq yox, birbaşa ofisə getmək lazımdır. Əgər ofis yoxdursa, yalnız onlayn xidmət göstərirlərsə, demək şirkət etibarlı deyil. Bu yaxınlarda dini tur adı ilə zəvvarların pulunu onlayn qaydada yığıb aradan çıxan turizm şirkəti buna əyani misaldır. Mənə bələdçi kimi iş təklif olunanda da turu götürməmiş ofisə gedirəm".

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto

Turizmçi bildirir ki, turpaketlər müqavilə əsasında alınmalıdır: "Şirkətlə turist arasında müqavilə bağlanmalıdır. Sənəddə göstəriləcək bütün xidmətlər aydın qeyd olunmalıdır. Səyahət zamanı müqavilədə qeyd olunan xidmətlər olmazsa, əlavə xərclər çıxarsa, vətəndaşlar şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər".

A.Nəzərli bildirir ki, turizm şirkəti lisenziyalı olmalı, ATAA-nın üzvlüyünü daşımalıdır: "Hər qarşıya çıxan şirkətə pul verib "məni Fransaya və ya başqa ölkəyə göndər" demək olmaz".

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto

Vətəndaşı qoruyan müqavilə

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, vətəndaş turpaket alarkən ilk növbədə müraciət etdiyi turizm şirkətinin ATAA-nın üzvü olub-olmadığnı yoxlamalıdır:

"Düzdür, bu da hüquqi baxımdan tam təminat deyil. Əgər aldatmaq istəyəcəksə, bunu assosiasiyanın üzvü olan şirkət də edə bilər. Sadəcə, təcrübə göstərir ki, bu təşkilata üzv olan şirkətlər müştəri ilə münasibətə daha məsuliyyətli olurlar".

Hüquqşünasın sözlərinə görə, hüquqi baxımdan ən önəmlisi turizm şirkəti ilə vətəndaş arasında olan müqavilədir: "Bizim vətəndaşlar çox vaxt o müqaviləyə önəm vermirlər, hətta oxumurlar. Bir çox hallarda vətəndaş "ucuz, sərfəli paket qazanmışam" deyə, o qədər sevincli olur ki, müqavilənin şərtlərini oxumur. Təbii ki, müqavilə bağlanandan sonra da heç kim başına gələcək hadisələrdən qorunmur. Vətəndaş xaricdə müxtəlif hadisələrlə qarşılaşa, müəyyən xərclərə düşə bilər. Amma müqavilə olarsa, şəxsin çəkdiyi xərcləri tələb etmək hüququ yaranır. Vətəndaşı qoruyan onun müqaviləsidir. Vətəndaş sənədi oxuyarkən hansı şərtlə razı deyilsə, onun dəyişdirilməsini tələb edə bilər".

Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto

Hadisələr videoya çəkilməli, əlavə ödənişlərin qəbzləri saxlanılmalıdır

Hüquqşünas bildirir ki, vətəndaş başına gələn hadisəni videoya çəkməli, əlavə ödənişlərin qəbzlərini saxlamalıdır:

"Ölkəyə qayıdandan sonra məhkəmə qaydası ilə həm maddi, həm mənəvi zərəri tələb edib pulunu geri ala bilər. Belə vəziyyətdə məhkəmələr 99 faiz vətəndaşın xeyrinə qərar çıxarır".

R.Vəliyev bildirir ki, sosial platformalarda reklam olunun turşirkətlərin də hamısına etibarsızdır demək olmaz:

"Elə şirkətlər var ki, özlərini reklam edirlər və vədlərini də yerinə yetirirlər. "Reklam haqqında qanun"da yalan xidmət, aldadıcı reklam qadağandır. Vətəndaş reklamda göstərilən xidməti ala bilməsə, şikayət edə bilər. Bu, artıq istehlakçının aldadılmasıdır. Buna görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri