Icma.az
close
up
RU
Siyasi şərhçi: Bakı Tbilisi Qars layihəsi Avrasiyada yeni iqtisadi və logistika əlaqələri formalaşdırır

Siyasi şərhçi: Bakı Tbilisi Qars layihəsi Avrasiyada yeni iqtisadi və logistika əlaqələri formalaşdırır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyun, AZƏRTAC

Qlobal ticarət marşrutlarında müşahidə olunan dəyişikliklər, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yaranan geosiyasi risklər və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti Orta Dəhlizin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut artıq yalnız alternativ nəqliyyat xətti deyil, Avrasiya məkanında iqtisadi inteqrasiyanın və tranzit əməkdaşlığının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Bu şəraitdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilərək yenidən istifadəyə verilməsi Orta Dəhlizin inkişafında mühüm hadisə hesab olunur.

Bakı–Tbilisi–Qars layihəsi bu gün təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat xətti deyil, həm də Orta Dəhlizin əsas dayaqlarından biri kimi Avrasiya məkanında yeni iqtisadi və logistika əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə Çin və Mərkəzi Asiyadan Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi fonunda BTQ-nin əhəmiyyəti daha da artır.

Layihənin digər mühüm tərəfi Azərbaycanın tranzit imkanlarının şaxələndirilməsinə verdiyi töhfədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat layihələri ilə formalaşdırılan logistika şəbəkəsi BTQ xəttinin modernləşdirilməsi nəticəsində daha da güclənir. Bu isə Azərbaycanın yalnız tranzit ölkə deyil, eyni zamanda, yük axınlarının idarə olunduğu və istiqamətləndirildiyi regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Məhz bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yenilənməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlığın uğurlu nəticəsi olmaqla yanaşı, Orta Dəhlizin gələcək inkişafına və Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində rolunun daha da artmasına xidmət edən mühüm layihə kimi qiymətləndirilir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Çindən Avropa bazarlarına və əks istiqamətdə yükdaşımalar üçün ən qısa və səmərəli marşrut hesab olunan Orta Dəhliz üzrə daşınan yüklərin həcminin məhdud olması uzun müddət əsas çağırışlardan biri kimi qiymətləndirilirdi. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və illik yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması bu problemin böyük ölçüdə aradan qaldırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsi deməkdir.

Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən müharibələrin beynəlxalq yükdaşımalara mənfi təsir göstərdiyi bir vaxtda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yükötürmə imkanlarının beş dəfə artırılması Orta Dəhlizin aktuallığını daha da yüksəldir.

“Bu addım yalnız Orta Dəhlizin əhəmiyyətini artırmır, eyni zamanda, bütövlükdə Avrasiya nəqliyyat şəbəkəsində təhlükəsiz və etibarlı tranzit imkanlarının genişlənməsinə xidmət edir. Şimal və Cənub dəhlizlərinin təhlükəsizlik baxımından müəyyən risklərlə üzləşməsi beynəlxalq diqqətin getdikcə daha çox Orta Dəhlizə yönəlməsinə səbəb olub. Belə bir şəraitdə əsas məsələ marşrutun yükötürmə qabiliyyətinin artırılması idi və Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyan addım hesab edilməlidir.

Həyata keçirilən yenidənqurma işləri Şimal və Cənub dəhlizləri vasitəsilə daşınan yüklərin də Orta Dəhlizin Cənubi Qafqaz–Azərbaycan qovşağında birləşdirilərək Avropa bazarlarına yönləndirilməsi imkanlarını genişləndirir. Bu strateji layihənin nəticəsində Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsində qovşaq rolu daha da güclənəcək”, - deyə o bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan indiyədək də Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri olub. Lakin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi ilə ölkə təkcə tranzit funksiyasını yerinə yetirməyəcək, həm də Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa marşrutu üzrə yüklərin paylandığı və istiqamətləndirildiyi əsas logistika mərkəzlərindən birinə çevriləcək.

“Bu proses Azərbaycanın yalnız Şərq-Qərb istiqamətində deyil, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutları üzrə də hab rolunu gücləndirən mühüm hadisədir. Avrasiyanın nəqliyyat şəbəkəsində əsas qovşaqlardan birinə çevrilmək Azərbaycan üçün təkcə iqtisadi dividendlər və tranzit gəlirləri vəd etmir. Bu status, eyni zamanda, ölkənin beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasına, regional proseslərdə rolunun daha da güclənməsinə mühüm töhfə verir”, - deyə şərhçi əlavə edib.

Müxbir – Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see468

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see299

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see277

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see222

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see210

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see209

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see207

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see198

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see197

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see194

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see189

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see184

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see180

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see160

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see159

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see158

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see157

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see150

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see147

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri