Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi üzrə məhkəmə qərarı siyasi müxalifətin hücumla əlaqəsini təsdiqləməyib.
XQ xəbər verir ki, Bratislavadakı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Robert Fitsoya 2024-cü ilin mayında silahlı hücum edən Yuray Sintsulanı terror aktında təqsirli bilib və 21 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə hesab edib ki, 72 yaşlı təqsirləndirilən şəxsin məqsədi hökumətin devrilməsinə nail olmaq olub. Prokurorluq ömürlük həbs cəzası tələb etsə də, məhkəmə onun yaşını və istintaqla əməkdaşlığını nəzərə alaraq cəzanı azaldıb.
Sintsula qərarı ədalətsiz adlandırıb.
Fitso isə hökmə münasibət bildirməyib. Baş nazir daha əvvəl hücumun siyasi müxalifətin yaydığı nifrətlə əlaqəli olduğunu iddia etmişdi. Lakin müxalifət bu ittihamları rədd edib.
Məhkəmə materialları hücumun müxalifət partiyaları tərəfindən təşkil edildiyini göstərən sübut təqdim etmir. Qərar Slovakiyada hücum ətrafında davam edən siyasi mübahisələr fonunda xüsusi siyasi və ictimai əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Avqust 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















