“Son 1 ildə etdikləri bəzi transferlərin məntiqini anlamaqda çətinlik çəkirəm“ Turan Tovuz da nələr baş verir?
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
“Bu mövsümün ən az anlaşılan transfer siyasətlərindən biri “Turan Tovuz”a məxsusdur“.
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov deyib.
Tanınmış FİFA meneceri qərb klubunun altı həftəsi geridə qalmış yeni mövsümə qeyri-sabit başlamasından danışıb.
Beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş şirkətin əsas şəxsi Kurban Berdiyevin etdiyi transfer çalışmalarını qiymətləndirib.
Onun fikrincə, rusiyalı baş məşqçinin bu sahəyə yanaşmasının məntiqi aydın görünmür:
“Klubun son 1 ildə etdiyi bəzi transferlərin məntiqini anlamaqda çətinlik çəkirəm. Heyətdə yeni transferlərdən daha effektiv ola biləcək futbolçular olduğu halda, seçimlərin hansı meyarlara əsasən edildiyi aydın görünmür.
Yeni transferlərdən birinin 34 yaşı var. Əlbəttə, 34 yaşlı futbolçu yüksək səviyyədə çıxış edə və komandaya ciddi fayda verə bilər.
Burada məsələ yalnız yaş deyil. Lakin uzunmüddətli və gələcəyə hesablanmış heyət quruculuğundan danışırıqsa, bu addımın strateji məntiqini görmək çətindir.
Komandanın əsas ehtiyacı isə hələ də mərkəz hücumçusudur.
Hücum xəttində oyunu üzərinə götürən, cərimə meydançasında təhlükə yaradan və komandanın qurduğu hücumları nəticəyə çevirən futbolçu çatışmazlığı hiss olunur“.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















