Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Sosial rifahın yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir

Sosial rifahın yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və vətəndaşların rifah halının davamlı yaxşılaşdırılması təşkil edir. Bu istiqamətdə son illərdə reallaşdırılan ardıcıl islahatlar dövlətin sosial siyasətinin yalnız mövcud problemlərin həllinə deyil, həm də gələcək çağırışlara hazırlığa yönəldiyini nümayiş etdirir.

Sosial siyasətin mahiyyəti təkcə əhaliyə sosial ödənişlərin verilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin olunması, əmək qabiliyyətli insanların iqtisadi fəallığının artırılması, aztəminatlı ailələrin sosial risklərdən qorunması və cəmiyyətin bütün təbəqələrinin ölkənin inkişaf prosesində iştirakına şərait yaradılmasıdır. Məhz bu baxımdan sosial müdafiə və məşğulluq siyasəti Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir.

2027-ci ildə də bu sahədə tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəzərdə tutulur. Qarşıya qoyulan əsas vəzifələrdən biri sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluq imkanlarının artırılmasıdır.

2027-ci ilin dövlət büdcəsinin layihəsi sosial siyasətin gələn il də prioritet istiqamət olaraq qalacağını təsdiqləyir. Büdcə layihəsində sosialyönlü xərclərin ümumi büdcə xərclərindəki payının 44 faiz təşkil etməsi proqnozlaşdırılır. Bu, dövlətin iqtisadi imkanlarının əhalinin rifahının yüksəldilməsinə yönəldilməsinin mühüm göstəricisidir.

Sosial müdafiə və sosial təminat istiqamətində 4,9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin mühüm hissəsi pensiya və müavinətlərin, Prezident təqaüdlərinin, ünvanlı sosial yardımın, habelə sosial cəhətdən həssas qruplara dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Xüsusilə, ünvanlı dövlət sosial yardımı üçün 470 milyon manat, sosial müavinətlər və Prezident təqaüdləri üçün isə 2 milyard 247 milyon manat vəsait proqnozlaşdırılır.

Bu rəqəmlər sosial siyasətin miqyasını göstərməklə yanaşı, onun konkret ünvanlara istiqamətləndirildiyini də ortaya qoyur. Şəhid ailələrinin, müharibə əlillərinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin və digər həssas kateqoriyaların sosial təminatı dövlət siyasətinin xüsusi diqqət mərkəzində saxlanılır. Burada başlıca məqsəd yalnız maddi dəstək göstərmək deyil, həmin insanların cəmiyyətə inteqrasiyasını, sosial fəallığını və həyat keyfiyyətini yüksəltməkdir.

Prezident İlham Əliyevin 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlaması da bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Beləliklə, gələn il sosial ödənişlərin artırılması əhalinin gəlirlərinin yüksəldilməsi və alıcılıq qabiliyyətinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Sosial siyasətin digər mühüm istiqaməti əhalinin məşğulluğunun təmin edilməsi, əmək bazarının inkişaf etdirilməsi və yeni iqtisadi imkanların yaradılmasıdır. Çünki sosial rifahın uzunmüddətli təminatı yalnız sosial ödənişlərin artırılması ilə deyil, insanların sabit gəlir mənbəyinə, layiqli iş şəraitinə və peşəkar inkişaf imkanlarına malik olması ilə mümkündür.

Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il iyulun 20-də təsdiq etdiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” xüsusi əhəmiyyət daşıyır. Sənəd əmək bazarının müasir tələblərə uyğunlaşdırılması, yeni iş yerlərinin yaradılması və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün növbəti beş ilin fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Tədbirlər Planında məşğulluqyönümlü iqtisadi inkişafın dəstəklənməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı, əmək bazarının hüquqi və institusional mexanizmlərinin təkmilləşdirilməsi, işçi qüvvəsinin peşə bacarıqlarının artırılması, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, sosial dialoqun inkişafı və əmək bazarının proqnozlaşdırılması əsas prioritetlər kimi müəyyən edilib.

Bu istiqamətlərin hər biri ölkənin iqtisadi inkişafı ilə vətəndaşların sosial rifahı arasında birbaşa əlaqənin möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə, kiçik və orta sahibkarlığın dəstəklənməsi yeni iş yerlərinin yaradılması, regionlarda iqtisadi fəallığın yüksəldilməsi və əhalinin gəlir imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sahibkarlıq subyektlərinin inkişafı yalnız iqtisadi göstəricilərə deyil, həm də məşğulluğun strukturuna müsbət təsir göstərir.

Özünüməşğulluq proqramı bu siyasətin praktik nəticələrini üzə çıxaran mühüm mexanizmlərdən biridir. Proqramın əsas üstünlüyü işsiz və işaxtaran şəxslərə yalnız müvəqqəti maddi dəstək göstərilməsi ilə kifayətlənməməsi, onların kiçik təsərrüfat və biznes fəaliyyəti qurmasına şərait yaratmasıdır. Beləliklə, sosial yardım alan şəxsin iqtisadi fəallığının artırılması, öz gəlirini formalaşdırması və gələcəkdə müstəqil fəaliyyət göstərməsi üçün imkan yaranır.

Yeni Tədbirlər Planında özünüməşğulluq proqramına cəlb olunan şəxslərin dayanıqlı biznes subyektlərinə çevrilməsini təşviq edən mexanizmlərin yaradılması, regionlarda gənclərin startap təşəbbüslərinin dəstəklənməsi də nəzərdə tutulur. Aqrar sektorda müasir texnologiyaların tətbiqi, kənd turizminin inkişafı və kiçik sahibkarlıq üçün məsləhət xidmətlərinin genişləndirilməsi məşğulluq imkanlarının artırılmasına xidmət edəcək.

Müasir dövrdə əmək bazarının qarşısında duran əsas çağırışlardan biri də peşə və ixtisas tələblərinin sürətlə dəyişməsidir. Rəqəmsallaşma, avtomatlaşdırma və süni intellektin tətbiqi bir sıra ənənəvi peşələrin məzmununu dəyişdirir, eyni zamanda yeni ixtisaslara ehtiyac yaradır. Buna görə də əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və yenidən hazırlıq sisteminin inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir.

2026–2030-cu illər üzrə Tədbirlər Planında peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, dual peşə təhsili modelinin tətbiqinin artırılması, peşə və kvalifikasiya standartlarının yenilənməsi, müasir texnologiyalar və “yaşıl iqtisadiyyat” istiqamətində yeni bacarıqların formalaşdırılması nəzərdə tutulur. Süni intellekt əsaslı məşğulluq xidmətlərinin yaradılması və “Peşələr üzrə elektron atlas” informasiya sisteminin formalaşdırılması da bu sahədə idarəetmənin müasirləşdirilməsinə imkan verəcək.

Digər mühüm məsələ əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-formal məşğulluğun azaldılmasıdır. Əmək müqaviləsi olmadan çalışan insanların sosial sığorta, pensiya təminatı və əmək hüquqlarından tam istifadə edə bilməməsi uzunmüddətli perspektivdə həm vətəndaşlar, həm də dövlət üçün problemlər yaradır. Buna görə də əmək münasibətlərinin leqallaşdırılması, işçilərin hüquqlarının qorunması və işəgötürənlərlə işçilər arasında sosial dialoqun gücləndirilməsi məşğulluq siyasətinin vacib komponentlərindəndir.

Dövlətin sosial siyasətində xüsusi diqqət tələb edən istiqamətlərdən biri də əmək bazarına çıxış imkanları məhdud olan vətəndaşların məşğulluğunun təmin edilməsidir. Əlilliyi olan şəxslər, uzun müddət işsiz qalan insanlar, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, gənclər və digər həssas qruplar üçün bərabər imkanların yaradılması inklüziv cəmiyyət quruculuğunun əsas şərtlərindəndir.

Bu sahədə həyata keçirilən tədbirlər sosial ədalət prinsipinin praktik müstəvidə reallaşdırılmasına xidmət edir. İş yerlərinin əlçatanlığının artırılması, peşə hazırlığına cəlbetmə, fərdi məşğulluq proqramları və əmək bazarına inteqrasiya mexanizmləri həmin insanların iqtisadi və ictimai həyatda iştirakını genişləndirir.

Eyni zamanda, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiya və məşğulluq imkanlarının genişləndirilməsi dövlətin sosial məsuliyyətinin mühüm təzahürüdür. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi də bu siyasətin yeni istiqamətlərindən birini təşkil edir. Həmin ərazilərdə yaşayış məntəqələrinin bərpası, infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında məskunlaşması ilə yanaşı, yeni məşğulluq imkanlarının formalaşmasına da şərait yaradır.

Bütün bu proseslər göstərir ki, Azərbaycanın sosial siyasəti ayrı-ayrı müavinət və yardım proqramlarından daha geniş məzmun daşıyır. Burada əsas məqsəd insan kapitalının inkişafı, sosial bərabər imkanların təmin edilməsi və iqtisadi fəal cəmiyyətin formalaşdırılmasıdır.

Sosial müdafiə və məşğulluq sahəsində qarşıya qoyulan hədəflərin reallaşdırılması ölkənin iqtisadi potensialının gücləndirilməsi ilə sıx bağlıdır. Davamlı iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın genişləndirilməsi dövlətin sosial öhdəliklərini daha etibarlı şəkildə yerinə yetirməsi üçün maliyyə imkanlarını artırır.

2027-ci ilin makroiqtisadi proqnozlarında ümumi daxili məhsulun 2,7 faiz, qeyri-neft sektorunun isə 4,4 faiz artacağı gözlənilir. Qeyri-neft sektorunun ÜDM-də payının 2030-cu ilədək 82 faizə çatdırılması hədəfi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin əhəmiyyətini göstərir.

Bu göstəricilər sosial siyasətin iqtisadi əsaslarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki qeyri-neft sektorunda istehsalın və xidmət sahələrinin genişlənməsi yeni iş yerlərinin yaranmasına, əməkhaqlarının artmasına, vergi və sosial sığorta daxilolmalarının yüksəlməsinə şərait yaradır. Nəticədə iqtisadi inkişafın nəticələri daha geniş əhali təbəqələrinin rifahında öz əksini tapır.

Bununla yanaşı, sosial xərclərin səmərəliliyi, ayrılan vəsaitlərin ünvanlılığı və göstərilən xidmətlərin keyfiyyəti də mühüm əhəmiyyət daşıyır. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi yalnız maliyyə resurslarının artırılmasını deyil, həm də ehtiyacların düzgün müəyyənləşdirilməsini, rəqəmsal xidmətlərin genişləndirilməsini və vətəndaş məmnunluğunun yüksəldilməsini tələb edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas məntiqi də məhz bu məqsədlə səciyyələnir: iqtisadi gücün artırılması, sosial ədalətin möhkəmləndirilməsi və insan kapitalının inkişafı vahid dövlət strategiyasının bir-birini tamamlayan istiqamətləridir. Bu strategiyada insan amili həm inkişafın əsas məqsədi, həm də onun başlıca hərəkətverici qüvvəsi kimi çıxış edir.

Beləliklə, 2027-ci ildə əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər ölkəmizin sosial-iqtisadi inkişafında növbəti mərhələnin mühüm tərkib hissəsi olacaq. Pensiya və müavinətlərin artırılması, aztəminatlı ailələrə dəstəyin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, peşə hazırlığının təkmilləşdirilməsi və sahibkarlığın stimullaşdırılması bir-biri ilə əlaqəli şəkildə ümumi rifahın yüksəldilməsinə xidmət edəcək.

Əsas məsələ bu imkanların real nəticələrə çevrilməsi, hər bir vətəndaşın sosial təminatının gücləndirilməsi və əmək qabiliyyətli insanların öz potensialını reallaşdırması üçün əlverişli şəraitin yaradılmasıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının sosial mahiyyəti də məhz bundan ibarətdir: güclü iqtisadiyyat, etibarlı sosial müdafiə və layiqli həyat şəraiti ilə təmin olunan vətəndaş rifahı.

S.ELAY,

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri