Icma.az
close
up
RU
Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqi humanitar minatəmizləmə proseslərinin daha təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan verir. Bununla yanaşı, innovasiyaların tətbiqi üçün davamlı maliyyələşmə, əməkdaşlıq və real ehtiyaclara əsaslanan yanaşma vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Cenevrə Humanitar Minatəmizləmə Beynəlxalq Mərkəzinin (GICHD) proqram meneceri Stanislav Damyanoviç IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, innovasiya mina fəaliyyəti sahəsində məqsəd deyil, daha yaxşı nəticələr əldə etmək üçün vasitədir. İnnovasiya yalnız yeni texnologiyalarla məhdudlaşmır, həmçinin müasir metodologiyaları, daha düzgün qərar qəbuletməni, prioritetlərin müəyyənləşdirilməsini, məlumatlardan səmərəli istifadəni və resursların idarə olunmasına yeni yanaşmaları əhatə edir.

Stanislav Damyanoviç innovasiyanın qarşısındakı əsas maneələrdən birinin maliyyə çatışmazlığı olduğunu qeyd edib. Bildirib ki, innovativ həllərin hazırlanması və daha geniş miqyasda tətbiqi üçün davamlı maliyyələşməyə ehtiyac var. İnnovasiya Mərkəzinin 2027–2030-cu illər üzrə strateji prioritetlərindən biri də bu məsələnin sistemli şəkildə həllinə yönəlib.

O, həmçinin bütün problemləri həll edəcək universal texnologiya axtarışının düzgün yanaşma olmadığını vurğulayıb. Onun sözlərinə görə, mina fəaliyyəti sahəsində ehtiyaclar ərazinin xüsusiyyətlərindən və yerli şəraitdən asılı olaraq dəyişir. Buna görə innovativ həllər konkret ehtiyaclar əsasında hazırlanmalıdır.

GICHD proqram meneceri əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin də vacib olduğunu deyib. Qeyd edib ki, İnnovasiya Mərkəzi müxtəlif maraqlı tərəfləri bir araya gətirərək bu istiqamətdə platforma yaradır. Hazırda Mərkəzdə 100-dən çox təşkilat təmsil olunur.

Stanislav Damyanoviç yeni texnologiyaların tətbiqi ilə yanaşı, onların istifadəsini tənzimləyən siyasət və standartların hazırlanmasının vacibliyini də diqqətə çatdırıb. O, dəyişikliyə müqavimətin innovasiyanın qarşısındakı digər maneə olduğunu bildirib və maliyyə imkanlarının məhdudlaşdığı bir şəraitdə səmərəliliyin artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Azər İbrahimov

Operator - İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri