Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər.
Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər.
Qeyd edək ki, padel tennis yeni yaranmış idman növüdür və özündə bir neçə növü birləşdirir.
Bunlar tennis, stolüstü tennis və badmintondur. Hesab adi tennislə eynidir və istifadə olunan toplar oxşardır. Əsas fərq odur ki, burada istifadə olunan kortun divarları var və top həmin yerlərə dəyib meydançaya qayıda bilər.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:291
Bu xəbər 01 Sentyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















