Icma.az
close
up
RU
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş DETALLAR VİDEO

Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş DETALLAR VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin bəzi dəhşətli təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, hadisə ötən axşam qəsəbədəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə amansızcasına qətlə yetirib.

Hadisə şahidi olan qonşulardan birinin sözlərinə görə, 15 yaşlı oğlan kənara qaçaraq fəryad edib və kömək istəyib:

"15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib. Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb..."

Həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.

1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.

Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə vuruşan Əsgər Hüseynov düşmən pusqusuna düşərək 3 yerindən ağır yaralanıb.

Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözü önündə şəhid olan və ermənilər tərəfindən ölmüş zənn edilərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.

O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir etmişdi:

"Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum..."

Ağır döyüş trauma və yaraları almış Vətən müharibəsi iştirakçısının dinc dövrdə törətdiyi bu amansız cinayət cəmiyyətdə böyük şok və təəssüf doğurub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

bax.tvhttps://player.bax.tv/embed/227540.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Oktyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri