Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir çox insan sümük əriməsi olduğundan hər hansı fiziki travmadan sonra xəbər tutur. Çünki osteoporoz uzun müddət heç bir əlamət biruzə vermədən inkişaf edə bilər.
Medicina.az xəbər verir ki, məhz buna görə də müasir tibbdə sümük sağlamlığının qiymətləndirilməsi üçün ən etibarlı üsullardan biri densitometriya müayinəsi hesab olunur.
Densitometriya müayinəsi nədir?
Densitometriya cihazı vasitəsilə sümüklərin mineral sıxlığı müəyyən edilir. Bu müayinə metodu müasir tibbdə osteoporozun diaqnostikasında “qızıl standart” hesab olunur. Cihaz zəif dozalı rentgen şüaları vasitəsilə sümüklərdə kalsium və digər mineralların miqdarını aşkarlayır. Beləliklə də, densitometriya müayinəsi ilə aşağıdakı hallar dəqiqləşir:
- Osteoporozun erkən diaqnostikası
- Osteopeniyanın (sümük kütləsinin azalması) aşkarlanması
- Onurğada olan deformasiyalar
- Piy və digər toxumaların faizi
- Sümük sınıqlarının olma riski
Kimlər densitometriya müayinəsindən keçməlidir?
Mütəxəssislər hesab edir ki, aşağıdakı risk qruplarına daxil olan şəxslər mütləq sümük sıxlığı müayinəsindən keçməlidirlər.
- Menopauzaya daxil olmuş zəif və hündür qadınlar
- 65 yaşdan yuxarı şəxslər
- Uzun müddət hormonal preparatlar qəbul edənlər
- Ailəsində osteoporoz olanlar
- Siqaret və alkoqoldan istifadə edənlər
- Kalsium və D vitamini çatışmazlığı olan şəxslər
Densitometriya tamamilə ağrısız, təhlükəsiz və qısa müddətli prosedurdur. Pasiyent xüsusi masanın üzərində uzanır və cihazın skan edən hissəsi bel, omba və ya digər nahiyələr üzərində hərəkət edir. Müayinə adətən 3 dəqiqə çəkir və heç bir xüsusi hazırlıq tələb etmir.
Densitometriya müayinəsi bir sıra vacib üstünlüklərə malikdir:
- Müayinə qısa müddətdə aparılır ( 3 dəqiqə)
- Ağrısız və qeyri-invazivdir
- Şüalanma dozası çox aşağıdır
- Nəticələr yüksək dəqiqliklə əldə olunur
Unutmayın ki, sümükləriniz ağrımaması onların sağlam olduğunu göstərmir. Risk qrupundasınızsa, densitometriya müayinəsindən keçmək gələcək sağlamlığınız üçün vacib addım ola bilər. Xatırladaq ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində Densitometriya müayinəsi yüksək dəqiqliklə və peşəkar mütəxəssislər tərəfindən icra olunur.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:297
Bu xəbər 03 Sentyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















