Şüvəlanda qəza: “Nissan” piyadaya yol verən “VAZ”a çırpıldı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 7-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Nissan” markalı avtomobil 01-CX-574 dövlət qeydiyyat nişanlı “VAZ-2104” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücülərdən birinin ara məsafəsini düzgün seçməməsi olub. Bildirilir ki, “VAZ-2104”ün sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək üçün avtomobili yavaşıdıb və bu zaman arxadan gələn “Nissan” ona çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, qəzadan sonra yolda bir müddət sıxlıq yaranıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















