Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU
Shownews saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya kino tarixində daha bir ilk yaşanıb. Pop musiqisinin əfsanəvi kralı Maykl Ceksonun həyatından bəhs edən "Maykl" (Michael) bioqrafik filmi dünya üzrə 1 milyard dollardan çox kassa gəliri əldə edərək tarixi rekorda imza atıb. Rejissor Antuan Fukuanın ərsəyə gətirdiyi ekran işi qısa müddətdə böyük maraq doğurub və kassa rəqəmləri ilə kino sənayesində yeni bir dövr başladıb.
"Maykl" filmi ABŞ-da 371.8 milyon dollar, beynəlxalq arenada isə 629.8 milyon dollar toplamaqla ümumilikdə 1.001 milyard dollar gəlir gətirib. Bu göstərici ilə o, kino tarixində 1 milyard dolları keçən ilk bioqrafik film (bayopik) ünvanını qazanıb. Ekran işi Kristofer Nolanın məşhur "Oppenheymer" (975 milyon dollar) filminin rekordunu geridə qoyaraq janrın zirvəsinə yerləşib.
Bu möhtəşəm uğur həm də filmin istehsalçısı olan "Lionsgate" studiyasının tarixinə qızıl hərflərlə yazılıb. Çünki "Maykl" şirkətin tarixində milyardlıq həddi aşmağı bacaran ilk layihə olub. Eyni zamanda, bu film 2026-cı ildə dünya miqyasında milyardlıq gəlirə çatan cəmi ikinci film kimi qeydə alınıb.
Filmin bu dərəcədə sevilməsinin əsas səbəblərindən biri də pop kralını canlandıran aktyordur. Maykl Ceksonun obrazına onun öz doğma qardaşı oğlu — Caafer Cekson həyat verib. Tamaşaçılar və tənqidçilər gənc aktyorun performansını, xüsusilə də məşhur rəqs hərəkətlərini və səhnə xarizmasını çox yüksək qiymətləndiriblər. Film əfsanəvi müğənninin həm parlaq səhnə həyatını, həm də şəxsi həyatındakı dramatik məqamları tam çılpaqlığı ilə tamaşaçıya çatdırır. Kino ekspertləri filmin kassa uğurunun hələ bir müddət də davam edəcəyini proqnozlaşdırırlar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu mövzuda digər xəbərlər:Maykl Cekson haqqında film kinoprokatda 1 milyard dollar toplayan ilk bioqrafik film oldu
13 İyul 2026 17:00
Maykl Cekson haqqında bioqrafik film tənqidlərə rəğmən rekord qırdı
28 Aprel 2026 14:01
“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi oldu
29 İyun 2026 10:13
Kino tarixində ilk: Maykl Cekson haqqında film 1 milyard dollar qazandı
14 İyul 2026 13:46
Maykl filmindən rekord
14 İyul 2026 11:50
Baxış sayı:391
Bu xəbər 13 İyul 2026 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















