Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özünü “Çılgın dondurmacı” adlandıran şəxsin Bakının mərkəzində bir qadınla birlikdə təqdim etdiyi musiqili və rəqsli şou Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.
Avtosfer.az NOCOMMENT.az-a istinadla xəbər verir ki, musiqi və rəqs elementləri ilə müşayiət olunan dondurma şouları ilə tanınan şəxsin daha əvvəl Dubayda da çıxış etdiyi bildirilir.
Onun Bakının ən mərkəzi ərazilərindən birində qadınla rəqs etdiyi görüntülər Türkiyə mediasında da sürətlə yayılıb.
Paylaşılan görüntülərə münasibət bildirən bəzi istifadəçilər şounun ictimai məkanda keçirilməsini və təqdimat formasını tənqid ediblər. Onlar bunun yerli mədəni dəyərlərə uyğun olmadığını iddia ediblər.
Sosial şəbəkələrdə yayılan paylaşımlardan birində belə qeyd olunub:
“Burası Bakının ən mərkəzi yeridir və “Çılgın dondurmacı” Dubaydan bura köçüb. Sizcə, bu, bir az həddindən artıq deyilmi? Bu şəxsin türk olub-olmadığını bilmirəm, amma o, ölkəmizdə türklərə qarşı qərəz yaradır. Bunun Maraş mədəniyyəti olub-olmadığını bilmirəm, amma işlər yaxşı görünmür...”
Hadisə ilə bağlı sosial media istifadəçilərinin fikirləri isə iki yerə bölünüb. Bir qisim şounu tənqid edərək ictimai məkanlarda bu cür təqdimatların cəmiyyətin mənəvi dəyərlərinə uyğun olmadığını bildirib.
Digər istifadəçilər isə görüntülərin sadəcə əyləncə və marketinq məqsədli küçə şousu olduğunu, məsələyə bu qədər sərt yanaşmağın doğru olmadığını düşünürlər.
Bakının mərkəzində baş verən bu təqdimatın sosial mediada doğurduğu müzakirələr isə hələ də davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:235
Bu xəbər 14 Avqust 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















