Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Tatyana Poloskova: Makron Fransa tarixində ölkəni necə idarə etməməyin nümunəsi kimi qalacaq

Tatyana Poloskova: Makron Fransa tarixində ölkəni necə idarə etməməyin nümunəsi kimi qalacaq

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Fransada başlayan etiraz aksiyaları əvvəlcə cəmiyyətin kifayət qədər dar sosial təbəqəsini – tələbə və gəncləri əhatə etsə də, sonradan ölkənin demək olar ki, bütün əhalisini, müxtəlif sosial qrupları və ictimai təşkilatları öz ətrafında birləşdirib. Etirazlar tədricən Avropanın bir çox ölkəsinə və şəhərinə yayılıb. Ayrı-ayrı dövlətlərdə vəziyyət fərqli olsa da, bəzi yerlərdə aksiyalar artıq nəzarətdən çıxmaq həddinə çatıb. Bu proseslər Fransa Prezidenti Emmanuel Makronun idarəçilik qabiliyyətini, eləcə də müasir demokratiyaların üzləşdiyi böhranı bir daha gündəmə gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiyanın birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova deyib.

O bildirib ki, ilk növbədə, Makronun fəaliyyətinə qayıtmaq və onun ölkəni idarə etmək bacarığını qiymətləndirmək lazımdır: “Makron özünü tamamilə sıfır səviyyəsində idarəçi kimi göstərdi. Fransanın bu cür etiraz hərəkatlarının liderləri, rəhbərləri ilə danışıqlar aparmaq təcrübəsi var. Hələ 1960-cı illərdə tələbə etirazları zamanı ölkədə bu istiqamətdə müəyyən təcrübə formalaşmışdı. Buna görə də Makronun dərhal danışıqlar qrupu, zərurət yaranarsa, barışıq komissiyası yarada bilməməsi onun sadəcə olaraq bu məsələlərdə savadsız olduğunu göstərir. Ölkə lideri kimi ona yaşadığım ölkəni etibar etməzdim. Hadisələrin qarşısını ilkin mərhələdə almaq mümkündür. Bunun üçün güc tətbiq etmək, toplardan və silahlardan istifadə etmək lazım deyil. Əksinə, vəziyyət tamamilə başqa üsullarla, dialoq və danışıqlar yolu ilə tənzimlənməlidir. Etirazların başlanğıcında hakimiyyətin vaxtında addım atması, cəmiyyətin narazılığını dinləməsi və yaranan problemlərin həlli üçün mexanizmlər formalaşdırması mühüm əhəmiyyət daşıyır. Hazırda Avropada baş verənlərə daha geniş kontekstdə baxmaq lazımdır. Etirazların bir ölkədən digərinə yayılması müasir demokratiyaların böhranını müşahidə etməyə imkan verir. Bu böhranın mahiyyəti isə kifayət qədər mürəkkəbdir. Müxtəlif ölkələrdə əhalinin böyük bir hissəsi tədricən belə qənaətə gəlir ki, demokratiya bir çox liderlər üçün korporativ qrupların, oliqarxiyanın və digər güclü maraq dairələrinin mənafelərini ört-basdır etmək vasitəsinə çevrilib. Bunun nəticəsində korrupsiya, iqtisadi problemlər və sosial bərabərsizlik meydana çıxır. Fransada məhz bu mənzərəni görürük. Fransa inqilablar ölkəsi, “azadlıq, bərabərlik, qardaşlıq” ideyalarının vətəni kimi tanınır. Lakin bu gün ölkədə baş verən hadisələr həmin dəyərlərin real siyasi və ictimai həyatda nə dərəcədə təcəssüm olunduğu barədə suallar yaradır. Mövcud problemlər müəyyən mənada əvvəldən də mövcud idi, lakin hazırkı proseslər onların daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub”.

T. Poloskova Fransa Prezidentinin təkcə ölkə daxilində deyil, daha geniş miqyasda fəaliyyət göstərən iri oliqarx dairələrin və güc mərkəzlərinin təsiri altındakı siyasi fiqur olduğunu bildirib.

“Makron sadəcə olaraq iri oliqarx dairələrin marionetidir. Onlar onu istədikləri istiqamətə yönəldir, o isə konkret məqamda həmin dairələrin maraqlarına uyğun siyasət həyata keçirir. Lakin bu siyasət heç də həmişə, daha doğrusu, əksər hallarda xalqın maraqlarına uyğun gəlmir. Makronun yeritdiyi siyasət nəticəsində “cin şüşədən çıxıb”. Artıq bu proses Avropanın digər ölkələrinə də yayılıb və vəziyyətin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Etirazların genişlənməsi təkcə Fransanın daxili siyasi problemi deyil, həm də Avropanın ümumi siyasi mənzərəsinə təsir göstərən hadisədir. Tarix göstərir ki, özünü diktator kimi aparmağa çalışan liderlərin siyasəti bəzən daha sərt, həqiqətən diktator xarakterli rejimlərin hakimiyyətə gəlməsinə zəmin yarada bilər. Belə rejimlərdə nasizm və faşizm ideyalarının ön plana çıxması təhlükəsi də mövcuddur. Məhz buna görə Avropada sağçı qüvvələrin fəallaşması təsadüfi deyil. Məncə, Makron tarix dərsliklərinə ölkəni necə idarə etməməyin nümunəsi kimi düşəcək. Üstəlik, o, kifayət qədər yüksək rifah səviyyəsinə malik bir ölkəni idarə etmək imkanı əldə etmişdi”, – deyə T.Poloskova fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri