Icma.az
close
up
RU
Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların fəaliyyəti bərpa olunandan bəri reys üzrə biletlərin qıtlığı ilə bağlı şikayətlər səngimir. 

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə səyahət qruplarında insanlar davamlı olaraq onlayn və fiziki şəkildə bilet almağın çətinliyindən yazır. Səyahətçilər, xüsusilə, Tbilisi-Bakı reysi üzrə bilet tapa bilməməkdən şikayətlənir.

Dəmir yolu vağzalına Tbilisi-Bakı istiqaməti üzrə bilet almaq üçün gedən, təcrübəsini sosial media hesabında paylaşan Elnurə Abuşova gördüklərini “biabırçılıq və özbaşınalıq” adlandırıb.

“İnsanları geridönüş bileti ala biləcəklərinə əmin edib, bilet satıb, pullarını dövriyyəyə buraxıb, sonra geridönüşün yalnız təyyarə ilə, ya da tur agentlikləri ilə mümkünlüyünü him-cimlə başa salıb, faiz tutaraq pulları geri qaytarırlar. Aldanıb bilet alanların 2 yolu var – ya monopolist AZAL-la 310 manata geri dönmək, ya faiz çıxılaraq bileti qaytarmaq. Mən pulu çox əziyyətlə qazanıram, imkan vermərəm Azərbaycan Dəmir Yolları (ADY) mənim pulumu dövriyyəyə buraxıb faiz qazana, sonra faiz tutub pulumu qaytara”, – o qeyd edib.

Paylaşıma şərh yazan digər istifadəçilər də eyni problemlə üzləşdiklərini bildiriblər.

“Eyni əziyyəti yaşayırıq. 6 bilet lazımdır bizə. 5 nəfər gediş bileti alıb pis vəziyyətdə qalıb, toya getməliyik. Avqustun 22-si getməli idik, dönüş bileti ala bilmirik deyə biletləri geri qaytaracağıq”, – istifadəçilərdən biri yazıb.

Yerli mətbuatda isə Gürcüstanda səyahətdə olan yüzlərlə azərbaycanlının bilet tapa bilmədiklərinə görə geri qayıda bilmədiyi haqda xəbər gedib. ADY isə məsələ ilə bağlı “yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletlərinin satıldığını” bildirib.

Bəzi hökumət tənqidçiləri və ictimai fəallar isə qatar biletlərinin yoxluğunun əvvəlcədən düşünülmüş hiylə olduğunu iddia edir.

“Adamlara deyirlər ki, problem yoxdur, Tbilisi vağzalında Bakıya bilet tapacaqsan. Camaat inanır, gedir, amma geriyə bilet tapa bilmir. Nəticədə nə olur? Ay sağ ol, camaat məcburi 300-400 manat verib, geriyə AZAL təyyarəsi ilə qayıtmalı olur. Əlqərəz, bu biznes formulunu ancaq Azərbaycan hökuməti fikirləşə bilərdi və bu oyunu dünyada cəmi iki-üç xalq var ki, ancaq onun başına açmaq olardı”, – tarixçi Altay Göyüşov sosial media hesabında yazıb.

Bakı-Tbilisi-Bakı gündəlik sərnişin qatarı reysinin fəaliyyəti mayın 26-dan bərpa olunub. Reys 2020-ci ilin martında fəaliyyətini dayandırmışdı. Buna səbəb isə Azərbaycanın koronavirus pandemiyası səbəbilə quru sərhədlərini bağlaması olub.

Vətəndaşlar isə bilet çatışmazlığından əlavə, bilet qiymətlərinin bahalığından da şikayət edir. Marşrut üzrə Tbilisiyə minimum gediş haqqı Bakıdan 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına qiymət isə 51 AZN təşkil edir.

Müqayisə üçün, quru sərhədlər bağlanmazdan əvvəl – 2020-ci ilin martına qədər Bakı-Tbilisi qatarında qiymətlər plaskartda təxminən 24 manat, kupedə 35 manat, lüks rejimdə isə 58 manat təşkil edirdi.

ADY daha öncə qiymətləri reysin sonuncu dəfə fəaliyyət göstərdiyi 2019-cu illə müqayisə etməyin doğru olmadığını bildirib.

“Son 6 ildə dünyada müşahidə olunan inflyasiya, enerji və yanacaq qiymətlərinin artması, eləcə də beynəlxalq dəmir yolu nəqliyyatında tariflərin yüksəlməsi qiymət formalaşmasına təsir edən əsas amillərdəndir”, – ADY sözçüsü Bəxtiyar Hacıyev deyib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri