“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Tbilisidə paytaxtın ən böyük və rəngarəng xalq bayramı – “Tbilisoba” (Tbilisinin Şəhər Günü) oktyabrın 4-də də davam edib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən bayram günlərində şəhərin mərkəzi küçələrində və meydanlarında incəsənət ustalarının, rəqs ansambllarının çıxışları, teatr tamaşaları, əl işləri yarmarkaları, eləcə də şərab, bal, çurçxela və ənənəvi şirniyyatların dequstasiyası, avtomobil və motoskletlərin şousu, güləş və digər idman yarışları təşkil olunub.
Ənənəvi xalq bayramında Gürcüstanda yaşayan soydaşlarımız da fəal iştirak edirlər. Bayram çərçivəsində paytaxtın Abanotubani küçəsində Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası və M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan guşəsi” açılıb.
Guşədə milli mədəniyyət nümunələrimiz, mətbəximizin dadlı təamları – paxlava, şəkərbura, şorqoğalı, plov, dolma, həmçinin isti sac üstündə bişirilən qutablar nümayiş olunub. Qonaqlar zəngin mətbəx nümunələrindən dadıb, ətirli Azərbaycan çayına qonaq ediliblər.
Təşkilatçıların sözlərinə görə, iki gün ərzində guşəni yüzlərlə yerli sakin və qonaq ziyarət edib.
Tbilisi Meriyasının və bələdiyyəsinin nümayəndələri Azərbaycan guşəsini ziyarət edərək, milli təamlarımızla tanış olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















