“Tələbələrə nəqliyyat güzəşti birmənalı tətbiq olunmalıdır” Ceyhun Məmmədov
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bakı metrosunun “28 May” – “Nizami” stansiyaları arasında aparılan təmir işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması sərnişinlər üçün müəyyən çətinliklər yaradıb. Xüsusilə tələbələr alternatif nəqliyyat vasitələrindən istifadə etməli olduqları üçün əlavə xərc və vaxt itkisi ilə üzləşirlər. Bu məqamı nəzərə alan deputat Vüqar Bayramov tələbələr üçün nəqliyyat güzəştlərinin tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Mövcud vəziyyəti nəzərə alsaq, tələbələr üçün nəqliyyatda güzəştlərin tətbiqi nə dərəcədə məqsədəuyğundur?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bu mövzunun həssas və önəmli olduğunu qeyd etdi.
"Gənclərin təhsil alması müxtəlif xərclərlə bağlıdır. Tələbə ilinə 1000, 2000 və ya 3000 manat təhsil haqqı ödəyirsə, nəzərə almalıyıq ki, bununla yanaşı, onun yaşayış, qidalanma və nəqliyyat xərcləri də var. Bunlar az məbləğ deyil, kifayət qədər böyük xərclərdir. Eyni zamanda, son dövrlər nəqliyyat qiymətlərində də müəyyən artımlar müşahid olunur. Hesab edirəm ki, dünyanın bir çox ölkələrindəki təcrübə nəzərə alınaraq, nəinki indiki məqamda, ümumiyyətlə, bütün tələbələrin güzəştli kart və ya tariflərdən istifadə etməsinə çalışmalıyıq. Yəni bu, yalnız müvəqqəti xarakter daşımamalıdır. Bəzi metro stansiyalarının təmirə bağlanması səbəbindən indiki dövrdə məsələ daha da aktuallaşır. Ən çox əziyyət çəkən və üzərinə yük düşən kateqoriyalardan biri məhz tələbələrimizdir. Ona görə də mən bu fikri tam dəstəkləyirəm. Həm hazırkı, həm də növbəti dövrlər üçün tələbələrə nəqliyyat güzəştlərinin edilməsi istiqamətində ciddi düşünməliyik. Gənclərimizin əziyyət çəkməməsi üçün müəyyən xətt və strategiya hazırlanmalıdır".
Millət vəkili belə bir addımın atılmasına böyük ehtiyac olduğunu vurğuladı:
"Belə bir addımın atılması təqdir olunmalıdır və biz bu barədə mütləq düşünməliyik. Çünki bu, birmənalı olaraq tələbələrin və valideynlərin büdcəsinə müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, bir ailədən iki-üç tələbə və ya şagird oxuyur, bu, yekunda kifayət qədər yüksək məbləğ edir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















