Icma.az
close
up
RU
Telefonu əlindən almaq çıxış yolu deyil Psixoloqdan valideynlərə vacib tövsiyələr

Telefonu əlindən almaq çıxış yolu deyil Psixoloqdan valideynlərə vacib tövsiyələr

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı danışarkən çox vaxt diqqət yalnız istifadə müddətinə yönəlir. Lakin əsas məsələ uşağın telefondan nə qədər istifadə etməsi deyil, onun həyatında hansı rolu oynamasıdır".

Bu sözləri psixoloq Aysu Həsəsənzadə son dönəmlər uşaqlar arasında tendensiyaya çevrilmiş sosial şəbəkələrdən asılılıq mövzusunu "AzPolitika"ya şərh edərkən deyib.

Psixoloq bildirib ki, valideynlər özlərinə "Uşaq neçə saat telefondadır?" sualını deyil, "Telefon uşağın həyatında nəyin yerini tutub?" sualını verməlidirlər.

"Əgər uşaq hər darıxanda, hər əsəbiləşəndə və ya hər dəfə sakitləşmək istəyəndə telefona üz tutursa, bu artıq onun emosiyalarını idarə etmə vasitəsinə çevrilir. Sabah məktəbdə problem yaşayanda, dostu ilə mübahisə edəndə və ya özünü tənha hiss edəndə də ilk seçimi yenə ekran olacaq. Halbuki uşaq bu hisslərlə sağlam şəkildə necə baş etməyi də öyrənməlidir", – deyə o vurğulayıb.

A.Həsəsənzadənin fikrincə, sosial şəbəkələrin yaratdığı ən böyük problemlərdən biri uşaqların "tez həzz almağa" öyrəşməsidir.

"Orada hər şey çox sürətlidir: bir video bitir, digəri başlayır, hər an yeni bir stimul var. Amma real həyatda belə deyil. Dərs oxumaq, kitab bitirmək, yeni bacarıq öyrənmək və ya uğur qazanmaq zaman və səbir tələb edir. Uşaq daim sürətli stimullara öyrəşəndə isə uzunmüddətli diqqət toplamaq və səbir göstərmək onun üçün çətinləşə bilər", – deyə psixoloq qeyd edib.

Mütəxəssis valideynlərə telefonu sadəcə uşağın əlindən almağa çalışmamağı tövsiyə edib: "Telefonu sadəcə əlindən almağa çalışmayın, onun yerini doldurun. Çünki boşalan yeri doldurmasaq, uşaq yenə telefona qayıdacaq. Birlikdə stolüstü oyun oynamaq, gəzintiyə çıxmaq, mətbəxdə nəsə hazırlamaq, rəsm çəkmək və ya sadəcə gününün necə keçdiyini maraqla dinləmək bəzən düşündüyümüzdən daha təsirli olur".

Psixoloq hesab edir ki, valideynlər çox vaxt bir mühüm məqamı da nəzərdən qaçırırlar."Uşaqlar bizim dediklərimizdən çox, etdiklərimizi izləyirlər. Əgər biz özümüz yemək zamanı, söhbət edərkən və ya istirahətdə daim telefondayıqsa, uşağa 'telefonu kənara qoy' demək inandırıcı görünmür. Dəyişiklik ilk növbədə ailənin ümumi vərdişlərindən başlayır", – deyə o bildirib.

Sonda A.Həsəsənzadə vurğulayıb ki, məqsəd uşağı sosial şəbəkələrdən tam uzaqlaşdırmaq deyil.

"Məqsəd odur ki, uşaq telefon olmadan da darıxmağı bacarsın, oyun oynaya bilsin, ünsiyyət qursun, hisslərini ifadə etsin və həyatdan zövq ala bilsin. Çünki uşağın psixoloji inkişafını gücləndirən əsas amil ekran deyil, valideynlə qurduğu təhlükəsiz münasibət və real həyat təcrübələridir", – deyə psixoloq bildirib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see256

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see234

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see199

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see199

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see195

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see191

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see185

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see184

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see183

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see180

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see180

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see171

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see170

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

18 İyul 2026 20:23see169

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see168

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see163

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

18 İyul 2026 20:34see163

DÇ 2026: İngiltərə Fransaya qalib gəlir Canlı

19 İyul 2026 01:16see162

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see159

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri