Icma.az
close
up
RU
Təşəbbüslə siyasi iradənin vəhdəti: xəstəyə qayğı göstərən həkim də qayğı görməlidir

Təşəbbüslə siyasi iradənin vəhdəti: xəstəyə qayğı göstərən həkim də qayğı görməlidir

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səhiyyənin inkişafından danışılanda adətən yeni xəstəxanaların tikilməsini, müasir avadanlıqların alınmasını, elektron sistemlərin tətbiqini və tibbi texnologiyaların yenilənməsini ön plana çəkilir. Əlbəttə, bütün bunlar vacibdir və olmalıdır. Lakin reallıq bundan ibarətdir ki, səhiyyə sisteminin ən müasir binası, ən bahalı avadanlığı belə peşəkar insan olmadan gözlənilən nəticəni verə bilmir. Çünki dövlətin səhiyyə siyasəti birbaşa savadlı həkimdə, onun fəaliyyətində təcəssüm olunur. Xəstənin dövlətə münasibətinin formalaşmasında bəzən ən mühüm rol məhz həkimin davranışı, peşəkarlığı və məsuliyyəti ilə müəyyən edilir. Ona görə də tibb işçilərinin əməkhaqqının artırılması yalnız sosial təminat məsələsi deyil. Bu, həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır. Çünki yaxşı mütəxəssisi sistemdə saxlamaq, gənc insanları tibb peşəsinə cəlb etmək, həkimin öz üzərində işləməsinə stimul yaratmaq üçün onun əməyinin həm mənəvi, həm də maddi baxımdan qiymətləndirilməsi vacibdir. Bu baxımdan TƏBİB sistemində çalışan 72212 tibb işçisinin əməkhaqqının artırılması xüsusilə təqdir olunmalıdır.

Burada söhbət yalnız 72 mindən çox əməkdaşdan getmir. Bu insanların ailələri, övladları və sosial həyatları da nəzərə alınanda qərarın təsir dairəsi daha geniş görünür. Əməkhaqqının artırılması ailələrin gəlirlərinin yüksəlməsi ilə yanaşı, onların sosial sabitliyinə də müsbət təsir göstərir. İnsan öz əməyinin qarşılığını alanda peşəsinə münasibəti, işə həvəsi və gələcəyə baxışı da dəyişir. Xüsusilə səhiyyə kimi yüksək məsuliyyət tələb edən sahədə bu məqam daha böyük əhəmiyyətə malikdir. Ona görə də bu tibb işçilərinin əməkhaqqının artırılması ilə bağlı islahatın arxasında tibbi xidmətin keyfiyyətini yüksəltməklə yanaşı, insan amili də dayanır. Həkim, tibb bacısı, feldşer, laborant və digər tibb işçilərinin peşə fəaliyyətinə verilən dəyər bu islahatın gələcəyini müəyyən edir. 

Bu qərarın mühüm cəhəti onun məhz Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmasıdır. Mehriban Əliyevanın ictimai və dövləti fəaliyyətində sosial-humanitar məsələlərə, xüsusilə insan amilinə diqqəti dəfələrlə özünü göstərib. Bu təşəbbüs də həmin yanaşmanın dövlət siyasətində konkret qərara çevrilməsi ilə nəticələnib. Burada diqqətçəkən məqam təşəbbüsün yalnız irəli sürülməsi deyil, onun institusional qərara çevrilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləməsi və icrası ilə bağlı tapşırıq verməsi nəticəsində məsələ konkret mexanizmə çevrilib. Bu, dövlət idarəçiliyində təşəbbüslə siyasi iradənin vəhdətinin nümunəsidir: sosial ehtiyac müəyyən edilir, təşəbbüs irəli sürülür, siyasi qərarla dəstəklənir və nəticədə geniş insan qrupunu əhatə edən real dəyişiklik baş verir. Bu mənada illik əməkhaqqı fondunun 189 milyon manat artırılması dövlətin səhiyyəyə yanaşmasının maliyyə ifadəsidir. 

Səhiyyə sistemində çalışan insan öz əməyinin dövlət tərəfindən görüldüyünü və qiymətləndirildiyini hiss etməlidir. Çünki xəstəyə qayğı göstərən insanın özü də qayğı görməlidir. Əsl investisiya insana qoyulan investisiyadır Müasir dövlətlərin inkişaf təcrübəsi göstərir ki, uzunmüddətli uğurun əsas şərtlərindən biri insan kapitalının inkişafıdır. Səhiyyə isə bu kapitalın ən həssas və strateji sahələrindən biridir. Yeni xəstəxana tikmək mümkündür, ən müasir cihazı da almaq mümkündür. Amma yüksək səviyyəli həkimi bir gündə yetişdirmək mümkün deyil. Bu baxımdan tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması yalnız bugünün ehtiyaclarına cavab vermir. Bu, həm də gələcəyin səhiyyəsinə qoyulan investisiyadır. Çünki tibb işçisinin dövlətə və peşəsinə inamı artdıqca, sistemin dayanıqlığı da artır.


Yunis Orucov
əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri